Xəbər verdiyimiz kimi, iyunun 3-də AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə toplantısı keçirilib.
Bununla bağlı AFFA-nın rəsmi saytının yaydığı açıqlamada qeyd edilir ki, iclasda 2023/2024-cü il mövsümündən etibarən Azərbaycan çempionatında 10 klubun iştirakı ilə II Divizion turnirinin keçirilməsi ilə bağlı müvafiq işlərin görülməsi üçün AFFA-nın baş katibliyinə və Peşəkar Futbol Liqasına tapşırıq verilib.
Son illər bir çox qərarları ilə futbol ictimaiyyətinin narazılığı ilə üzləşən AFFA İK-nin bu dəfəki ideyasını müsbət qiymətləndirmək olar. Düzdür, hələlik yarışda kimlərin çıxış edəcəyi, liqanın maliyyələşməsinin necə aparılacağı ilə bağlı qəti fikir yürütmək erkən olar. Lakin ehtimalla söyləmək mümkündür ki, II Divizionda Region Liqasında çıxış edən komandalar yarışacaq və turnir həvəskar deyil, peşəkar status daşıyacaq. Maliyyələşmə isə SOCAR vasitəsi ilə həyata keçiriləcək. Klublara ayrılacaq vəsaitin həcmi barədə nəsə demək tez olar. Amma daha öncə AFFA I Divizion klublarına 300 min manat ayrılacağını açıqlayıb. Deməli, II Divizionda rəqəm bundan az olacaq. Hər halda yaxın vaxtlarda hər şeyə aydınlıq gələcək.
Ümumilikdə isə qeyd etmək olar ki, bu qərar Azərbaycanda futbolun coğrafiyasının genişlənməsinə səbəb ola bilər. Mümkündür ki, yeni mövsümdən etibarən II Divizion komandaları da Azərbaycan kuboku yarışına buraxılsın. Düzdür, peşəkar klub kimi püxtələşməyən gələcək II Divizion təmsilçilərinin həmin yarışda davamlı uğur qazanacağı real görünmür. Amma istənilən halda Azərbaycan kubokunun ilkin mərhələlərində oynamaq klub üçün stimul olar, bölgələrdə futbola marağın artmasına təkan verə bilər.
Ən vacib məsələ odur ki, bu zaman idman prinsipləri mütləq şəkildə qorunmalıdır. Yəni birinci divizionda sonuncu yeri (yerləri) tutan oranı tərk etməli və onu (onları) II Divizionun qalibi (qalibləri) əvəz etməlidir. Bu halda zamanla həmin turnirlərə də maraq artmağa başlayacaq. Yəni bu gün üçün AFFA-nın ideyası yaxşıdır. Düzdür, bütün dünya ölkələrində mövcud olan II Divizionun bizdə tətbiqi çox gecikib, uzun bir dövrü əhatə edən illər itirilib. Həm də məhz elə AFFA-nın rəhbərliyinin bölgə futboluna laqeydliyi, maliyyə bölgüsündə ədalət nizamını pozaraq dost-tanış siyasəti yürütməsi səbəbindən.
Halbuki bunları futbolumuza pulun sel kimi axdığı dövrdə etmək mümkün idi. Elə indi də gec deyil. Unutmayaq ki, Azərbaycanın iqtisadiyatının, deməli, həm də futbolunun pulsuz olduğu dövrdə bizdə bir dəfə II divizion (o vaxtlar II dəstə adlanıb) mövcud olub. Yalnız 1995/96 mövsümündə keçirilən həmin yarışda Bakı və bölgə komandaları iştirak edib. Sonrada maliyyə problemi səbəbindən həmin yarışı keçirmək mümkün olmayıb.
İndi isə tuneldə işıq ucu görünməyə başlayıb. Əsas odur AFFA-nın niyyəti ciddi olsun və yarımçıq qalmasın.
ELNUR
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi