Millimizin üzvü Cənubi Koreyada "fərqləndi"

Millimizin üzvü Cənubi Koreyada "fərqləndi"
ÖLKƏ FUTBOLU 4 İyun 2023 / 17:38 2313
-  A +

Cənubi Koreya çempionatında 16-cı turun görüşləri keçirilir.

Qol.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun çıxış etdiyi "Tecon Xana Sitizen" doğma meydanda "İnçeon Yunayted"lə qarşılaşıb. Oyun qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Anton Krivotsyuk qarşılaşmaya start heyətdə başlayıb və sona qədər meydanda olub. O, 56-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, 16 turdan sonra 22 xal toplayan "Tecon Xana Sitizen" 12 komanda arasında 6-cı pilləsində qərarlaşıb.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi