“Turan Tovuz” kapitanı ilə müqaviləni uzatdı

“Turan Tovuz” kapitanı ilə müqaviləni uzatdı
ÖLKƏ FUTBOLU 4 İyun 2023 / 12:02 2149
-  A +

“Turan Tovuz” kapitanı Kamal Bayramovla müqaviləni daha 1 il müddətinə artırıb. 

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 37 yaşlı qapıçı 2023/2024-cü illər mövsümünün sonunadək komandanın şərəfini qoruyacaq.

Qeyd edək ki, K.Bayramov 2022-ci ilin iyunundan Tovuz təmsilçisində oynayır. O, 2022/2023 mövsümündə Premyer Liqada meydana çıxdığı 9 matçda 14 qol buraxıb, 2 görüşdə qapısını toxunulmaz saxlayıb.

Daha çox


Son xəbərlər