"Hər şey qaydasındadır. Komandadakı ab-hava da yaxşıdır. Matça ciddi hazırlaşırıq. Bu, həm komandamız, həm də klub üçün çox önəmli bir oyundur".
Bu sözləri Qol.az saytına "Qəbələ"nin vitse-kapitanı Murad Musayev deyib. 29 yaşlı müdafiəçi Azərbaycan kubokunda "Neftçi"yə qarşı keçirəcəkləri final oyunu haqqında danışıb.
Musayev qeyd edib ki, Premyer Liqanın son turunda Konfrans Liqasına vəsiqə qazanmaqları komandanın əhval-ruhiyyəsini yüksəldib: "Əlbəttə ki, Konfrans Liqasına vəsiqəni təmin etmişik deyə əhva-ruhiyyəmiz yüksəkdir. Vəsiqə qazanmasaydıq, bu, bir az stress yaradardı. İndi isə komandamız tam rahat şəkildə oyuna hazırlaşır, köklənir. Təbii ki, bu, üstünlükdür".
Futbolçu görüşün maraqlı keçəcəyini bildirib: "Biz həmişə açıq futbol oynayırıq. Çalışırıq ki, həmişə hücumda olaq. Bu halda əlbəttə ki, matç da maraqlı keçir. Düşünürəm ki, finalın adına layiq bir oyun olacaq".
Murad Musayev oyuna kapitan kimi çıxıb-çıxmayacağı ilə bağlı suala bu cür cavab verib: "Kapitan kimi çıxıb-çıxmayacağımın qərarını baş məşqçimiz verəcək. Bilirsiniz ki, əsas kapitanımız Asif Məmmədov zədəlidir. Urfan Abbasov oynasa, kapitan o olacaq, oynamasa mən. Qərarı baş məşqçi verəcək".
O, bu titulu qazanmağın əhəmiyyətindən də danışıb: "Hər bir komanda üçün titul qazanmaq olduqca vacibdir. Xüsusilə də bizim üçün. Komandada klubun akademiyasında yetişən futbolçular da var, sonradan gələnlər də, legionerlər də. Yaxşı yerli futbolçularımız var. Hər bir komanda və futbolçu üçün titul qazanmaq vacibdir".
M.Musayev görüşün "Bakcell Arena"da keçirilməsinə də toxunub. O, finalın "Neftçi"nin ev oyunlarını keçirdiyi stadionda olmasının onlar üçün təzyiq yaratmayacağını deyib: "Bu, bizə təzyiq yaratmır. Amma "Neftçi" üçün üstünlük yarada bilər. Çünki öz meydanlarında oynayırlar, azarkeşləri çox olacaq. Ümumilikdə isə azarkeşlərin çoxluğu bizim üçün də maraqlıdır. "Bakcel Arena"da bizim də oyunlarımız olub. Bəzi avrokubok matçlarımızı orada keçirmişik. "Bakcell Arena" bizim üçün uğurludur. Ümid edirəm ki, bu dəfə də uğurlu olar".
Qeyd edək ki, iyunun 3-də keçiriləcək "Neftçi" - "Qəbələ" finalı saat 20:00-da başlayacaq.
Nur Zeynalova
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi