"Artıq 1 aya yaxındır ki, hazırlıq işlərinə başlamışıq. Hər şey qaydasındadır. Yarışların Təşkili Departamenti bu işlə məşğuldur. Hər iki klubun rəsmiləri ilə əlaqədəyik".
Bu sözləri Qol.az saytına Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyev deyib. O, iyunun 3-də keçiriləcək Azərbaycan kubokunun "Neftçi" - "Qəbələ" final oyunu üçün gedən hazırlıq işləri ilə bağlı danışıb.
PFL rəsmisi artıq matça 4 minə yaxın bilet satıldığını qeyd edib: "Bilirsiniz ki, bilet satışı 3 məntəqədə həyata keçirilir: Tofiq Bəhramov adına Respublika stadionu, "Bakcell Arena" və Qəbələ şəhər stadionunda. Bu günə olan statistikaya əsasən, təxminən 4 minə yaxın bilet satılıb. Açığı, özümüz də təəccübləndik. Bizə görə bu, kifayət qədər yaxşı rəqəmdir. Görünən odur ki, oyun günü stadion tam dolacaq".
Aslan Şahgəldiyev
A.Şahgəldiyev finalın açılış mərasiminin sadə olacağını və yalnız müğənni Hissin çıxış edəcəyini bildirib: "Sadə açılış mərasimi olacaq. Müəyyən şou proqram fikirləşmişik. Müğənni yalnız Hiss xanım olacaq. Konsert proqramı etməyin əhəmiyyəti yoxdur. Çünki stadion boş olur. Adətən azarkeşlər matça 1 saat qalmış gəlirlər. Komandanın isinmə hərəkətləri, meydanın sulanması, himnin səslənməsi, iri bayraqların meydana daxil olması var. Vaxtımız o qədər çox deyil ki, bir neçə müğənnini dəvət edək. Ona görə də konsert proqramında yalnız Hiss xanım iştirak edəcək".
A.Şahgəldiyev görüşün keçiriləcəyi "Bakcell Arena"nın oyuna hazır olduğunu deyib: "Stadion oyuna hazırdır. Dünən də orada olmuşuq. İşlər hələ də davam edir və oyun gününə qədər davam edəcək. Hazırda ciddi problem yoxdur. Bilirsiniz ki, Azərbaycan kubokunun finalı "Bakcell Arena"da ilk dəfə keçiriləcək. "Bakcell Arena" çox gözəl, kompakt, əsl futbol stadionudur. Düşünürəm ki, çox gözəl oyun olacaq".
O, sonda matçın çox maraqlı keçəcəyini vurğulayıb və azarkeşləri stadiona gəlməyə səsləyib: "Çünki hər iki komanda bu mövsümü titulla başa vurmaq istəyir. Məncə, "Neftçi" də, "Qəbələ" də avrokuboklara vəsiqəni təmin edib deyə bu görüş oyun baxımından çox maraqlı olacaq və komandalar açıq futbol oynayacaq. Proqnozum belədir ki, azarkeşlər bu oyuna gəlsələr, peşman olmayacaqlar".
Qeyd edək ki, iyunun 3-də keçiriləcək "Neftçi" - "Qəbələ" finalı saat 20:00-da başlayacaq.
Nur Zeynalova
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi