"Yaxşı oyun oldu, temp var idi. Penalti epizodunda bir az şanssızlıq oldu. Hesabı qoruyub saxladıq, 3 xal qazandıq. Bu, bizim üçün hazırda çox vacibdir".
Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Misli Premyer Liqasının 36-ı turunda bu gün "Sabah"a qalib gəldikləri (1:0) oyundan sonra mətbuat konfransında deyib.
Rumıniyalı mütəxəssis "Qəbələ" ilə kubokun final matçına komandasının tam heyətlə hazır olacağını bildirib: "Kubokun finalına qədər bir həftə vaxtımız var. Həmin oyuna yaxşı hazırlaşacağıq. Şükürlər olsun ki, bu gün heç bir futbolçumuz zədələnmədi. Zədəli olan oyunçular da artıq bizə qoşulurlar. Ümid edirəm ki, kubokun finalında bütün futbolçular sərəncamımda ola biləcək".
"Neftçi" kuboku qazana bilməsə, vəzifənizdə qalacaqsınız" sualı Regekampfı özündən çıxarıb: "Zəhmət olmasa, bir az hörmətlə sual verin. Necə belə bir sual verə bilərsiniz? Çox axmaq sualdır. Bu, mənə qarşı hörmətsizlikdir".
Regekampf "Sabah"a uduzduqları əvvəlki 3 oyun haqda fikirləşmək istəmədiyini qeyd edib: "Əvvəlki matçlarda nələrin çatışmadığını xatırlamaq istəmirəm. Tam olaraq bu oyuna köklənmişdim. Bu qarşılaşmadan sonra kuboku fikirləşməyə çalışacağam. Çox dərinliyə gedib "Sabah"la matçlarımızı təhlil etmək istəmirəm. Sevindirici haldır ki, bu gün qələbə qazanan tərəf biz olduq".
"Neftçi"nin çalışdırıcısı "Qəbələ"nin final matçından əvvəl Konfrans Liqasına vəsiqəni təmin etməsinin oyuna təsir etməyəcəyini düşünür: "Bu, final görüşüdür. Hər komanda üçün titul vacibdir. Final elədir ki, heç kim oyundan əvvəl qalib olmur. Hər komandanın şansı 50/50-dir. Biriləm ki, hər iki komanda kuboku qazanmaq üçün sona kimi mübarizə aparacaq. Məncə, bu cür matçlarda hansı kollektiv yaxşı köklənsə, yaxşı hazırlaşsa, kuboku qazanmaq üçün onun üstünlüyü olacaq. Bəxtimizdən final oyunu doğma stadionumuzda keçiriləcək. Tribunaların dolu olacağını gözləyirik. Azarkeşlərimizin dəstəyi ilə qələbə qazanıb titula yiələnmək istəyirik".
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi