“Bizim hədəfimiz avrokuboklara vəsiqə qazanmaq idi. Bu hədəfə çatmışıq. Futbolçularıma göstərdikləri nizam-intizama görə təşəkkür edirəm. Son 6 oyunun 5-də qələbə qazanıb, 1-də heç-heçə etmişdik. Buna görə də onlara minnətdaram. Təkcə xal baxımından yox, keyfiyyət və psixoloji cəhətdən mövsümü uğurlu sayıram".
Qol.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Misli Premyer Liqasının 36-cı turunun “Neftçi” ilə oyunundan sonra (0:1) mətbuat konfransında deyib.
Musayev mövsüm ərzində hakimlərlə davranışı və media ilə münasibətlərdə çox aqressiv olması haqda sualı emosional şəkildə cavablandırıb: "Nə etməliyəm ki? Siz ancaq neqativ suallar verirsiniz. Deyirsiz avrokuboklarda Yusiflə, Bəxtiyarla nə edəcəksiz? Avrokuboklarda oynayanda da bu cür suallar verəcəksiniz? Sanki siz jurnalistlər arasında dünya çempionusunuz. Ötən dəfə deyirlər ki, komandanı neçə faiz gücləndirmək istəyirsiniz? Mən də zarafatla cavab verdim ki, Modriçi, Benzemanı transfer etmək istəyirik. Öz futbolçularım haqda heç vaxt pis danışmayacam. Amma təxribat yaradan suallar verirsiniz. Sizin suallarınız üçün darıxacam".
M.Musayev 5 futbolçu transfer etmək istədiklərini bildirib: "Bəzi mövqelərdə çıxış edən futbolçularla müqavilələri uzatmaq məsələsi haqda hələ gözləyirik. Beş futbolçu transfer etmək istəyirik. “Neftçi” ilə oyundan öncə müqavilə müddətinin bitməsi ilə bağlı futbolçularla danışmamışıq. Onlarla danışmadan burada sizə məlumat vermək düzgün olmaz".
"Sabah"ın çalışdırıcısı komandada icarə əsasında çıxış edən Aleksey Kaşukun müqavilə ilə məxsus olduğu Donetsk "Şaxtyor"una qayıdacağını da qeyd edib.
Musayev yay təlim-məşq toplanışı ilə bağlı planlarını da açıqlayıb: "Ehtimal var ki, təlim-məşq toplanışının ilk hissəsini Qəbələdə keçirək. Bütün oyunçular bizə qoşulduqdan sonra Avstriyaya yollanacağıq".
Rusiyalı mütəxəssis ölkəsinə gedəcəyini də qeyd edib: "Sabah Krasnodara uçacam. Bir həftəyə yaxın dənizə gedəcəm, evdə olacam. İyunun 21-də artıq qayıdacağıq və təlim-məşq toplanışına başlayacağıq".
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi