"Ağır şərtlər altında intriqanı son tura qədər saxladıq. Layiqli mübarizə apardıq, futbolçulara təşəkkür edirəm. Komandamızı gənc və təcrübəsiz heyətə görə autsayder hesab edirdilər. Göstərdik ki, uşaqlarla da futbol oynamaq olur. Təəssüflər olsun, Premyer Liqanı tərk etdik".
Qol.az xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Misli Premyer Liqasının 36-cı turunda "Səbail"ə 0:1 hesabı ilə uduzduqları matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis bu mövsüm yaxşı təcrübə qazandıqlarını deyib: "Gənc futbolçularla işləmək nəsib oldu. Təcrübəli oyunçularla işləmək daha rahatdır. Uzun yol oldu. Cavid Hüseynovla yaxşı təcrübə qazandıq. Burada etdiyimiz səhvləri gələcəkdə etməməliyik. Ən böyük problemimiz qol vura bilməmək idi. Gələcəkdə təcrübəli oyunçularla olmaq istərdik".
“Şamaxı” isə 25 xalla 10-cu yeri tutub. Daha əvvəl AFFA rəhbərliyi əvvəlki son illərdən fərqli olaraq bu mövsüm axırıncı yeri tutan komandanın Premyer Liqanı tərk edəcəyini açıqlayıb.Əsgəli isə "Premyer Liqada qalacağınıza ümid var?" sualını belə cavablandırıb: "Bizdə istərdik ki, 12 komanda olsun, amma idman prinsiplərini unutmamalıyıq".
Mütəxəssis Premyer Liqanı tərk etmələri ehtimalının böyük olmasına baxmayaraq, gənc futbolçularla çıxış etdikləri üçün şad olduğunu bildirib: "Əlbəttə, dəyərdi. Çətin yol seçmişdik, gənclərlə nəticə qazanmaq çətin idi. Amma indi futbolçularımıza Premyer Liqa klublarından təkliflər var".
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı