“Mövsümün son oyunu olduğu üçün komandanın sönük çıxış edə biləcəyini düşünürdüm. Amma futbolçular sağ olsunlar ki, meydanda layiqincə mübarizə apardılar. Mövsümü yaxşı-əhval ruhiyyədə başa vurduq. 1 xal turnir cədvəli baxımından ciddi önəm daşımasa da, bizim üçün hər xal vacibdir”.
Qol.az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Misli Premyer Liqasının sonuncu - 36-cı turunda “Qəbələ” ilə heç-heçə etdikləri (1:1) oyundan sonra deyib.
Mütəxəssis “Qəbələ” ilə matçda heyətdəki müəyyən dəyişikliklər etdiyini bildirib: “Heyətlə bağlı itkilərimiz var idi. Ona görə də heyətdə müəyyən yerdəyişmələr etmişdik. Amma bəzi futbolçular əvvəlki matçlarda oynamamalarına baxmayaraq, bu gün yüksək səviyyədə çıxış etdilər. Onların hər birinə təşəkkür edirəm”.
Əhmədov növbəti mövsümdə də “Kəpəz”i çalışdırmaq istədiyini qeyd edib: “Fevral ayında Tovuzda demişdim ki, komandanı Premyer Liqada saxlayıb gedəcəyəm. O gündən bu yana təzyiqlərə, çatışmazlıqlara dözdüm. Üstəlik, Gəncədə azarkeşlərin çox hissəsi komandada qalmağımı istəyir. Həm də 9 ayda çəkilən əziyyətin hədər getməsini istəmirəm. Ona görə də bu yoldan çəkiləsi deyiləm. Rəhbərliklə söhbətimiz olacaq. Ümid edirəm ki, komandadakı işimi davam etdirəcəm. Çalıcağam ki, “Kəpəz” növbəti mövsümdə daha yaxşı çıxış etsin”.
O, ikinci hissədə komandasının daha yaxşı oynamasını rəqibin hesabda öndə olması ilə əlaqələndirməyib: “Deməzdim ki, hesabda öndə olduğu üçün rəqib bizə oynamağa imkan verdi. Fasilədən dərhal sonra Ayzaya və Juniorun meydana çıxması oyunumuza müsbət təsir göstərdi. Daha diqqətli oynadıq, topa nəzarəti ələ keçirdik və nəticədə də cavab qolunu vura bildik”.
O, “Kəpəz”in qapısında çox qol görməsinə belə münasibət bildirib: “Birdən-birə komandada çox şeyi dəyişmək olmur. Mən “Kəpəz”i qəbul edəndə futbolçularda məğlub olmaq qorxusu var idi. İlk növbədə komandaya qalib ruhunu qaytarmağa çalışdıq. Eləcə də hücum futbolu sərgiləməyə çalışdıq. Komandanın özünəinamı qaytarması üçün bir neçə qələbə vacib idi. Bütün bunları nəzərə alaraq, oyunlar zamanı müdafiə ilə müqayisədə hücuma daha çox diqqət ayırırdıq. Bu da istər-istəməz müdafiədə boşluqlara gətirib çıxarırdı. Qapımızdan çox qol buraxmağımızdan hardasa bundan qaynaqlanır. Sırf müdafiənin üzərində işləsəydik, inkişaf etməyimiz çətin olardı. Qapımızda çox qol görməyimiz üzücü olsa da, əsas hədəf Premyer Liqada qalmaq idi və buna da nail olduq”.
T.Əhmədov bildirib ki, “Kəpəz”in büdcəsi onun üçün ciddi əhəmiyyət daşımır: “1 həftə əvvəl rəhbərliklə görüşümüz olub. Gələcək planlarla bağlı müzakirə apardıq. Gələn həftə yenidən bir araya gələcəyik. Açığını deyim ki, büdcə məsələsi mənim üçün bir o qədər də önəmli deyil. “Kəpəz”ə gələndə maliyyə vəziyyətinin necə olduğunu bilirdim. Təbii ki, mən də büdcənin daha çox olmasını, daha keyfiyyətli futbolçularla işləməyi istərdim. Amma reallığı bilirəm. Bugünkü büdcə ilə daha yaxşı komanda formalaşdırmağa çalışacağıq”.
Mütəxəssis “Kəpəz”in problemlərini mətbuat vasitəsi ilə qabartdığı üçün peşman olmadığını söyləyib: “Heç bir peşmançılıq yaşamamışam. Bəlkə də komandadakı problemləri açıqlamasaydım, bu gün “Kəpəz” sonuncu pillədə olardı. Üzərimizdə çox böyük təzyiq var idi. Mən mətbuata danışanda hər şeyi deməmişəm. Elə şeylər var ki, onları açıqlasam... Hər halda söz-söhbətlərin də bir həddi var. Hardasa partlama olmalı idi. Bu söhbətlər Tərlan Əhmədova yox, “Kəpəz”in, Gəncə futbolunun Premyer Liqada qalması üçün lazım idi. Mən dediklərimə görə təəssüf hiss keçirmirəm. Yalnız ona təəssüflənirəm ki, açıqlanan problemlər bu günə qədər öz həllini tapmayıb”.
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu
"Çelsi"dən antirekord
Mövsüm ərzində 4-cü dəfə zədələndi
Azərbaycanı 43 boksçu təmsil edəcək
1-ci liqada həftənin hakimləri məlum oldu
Azərbaycanlı qadın hakimlərə UEFA-dan növbəti təyinat
Azərbaycan millisi FİFA reytinqində irəlilədi
AFFA təcavüzkar davranan anqolalını cəzalandırdı
Maqomed Adiyev istefaya göndərildi
AFFA bu komandaları yarışlardan kənarlaşdırdı
Qattuzonun gələcəyi ilə bağlı açıqlama: Qovulacaq, ya yox?
AFFA "Kəpəz"i 6500 manat cərimələdi
Hər şeyə qulp qoymaq şakərimiz...
İraqda milli komandaya görə 2 gün iş olmayacaq
Ançelotti Modriçə: "Sənin braziliyalı baban var?"
Vaqif Cavadov Azərbaycan millisinə məşqçi təyin olundu
"Oyunçularıma dedim ki, gedin və əylənin"
Qattuzo üzr istədi
Ronaldosuz Portuqaliya ABŞ-ı məğlub etdi
“Qələbəni tənqid ediriksə, məğlub olsaq, nə edərdik?”
Montelladan DÇ-2026 açıqlaması
Braziliya Xorvatiyaya qalib gəldi
Messi onlara da qol vurdu - 902 oldu
Tarixin ən uğursuz İtaliya millisi
DÇ-2026-nın bütün iştirakçıları müəyyənləşdi
Ərdoğan millini təbrik etdi
Millətlər Liqası: Lüksemburq və Latviya C Liqasında qaldılar
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər