“Qarabağ” yeni transferi gerçəkləşdirdi

“Qarabağ” yeni transferi gerçəkləşdirdi
ÖLKƏ FUTBOLU 27 May 2023 / 11:02 11454
-  A +

“Qarabağ”ın bu yay transfer pəncərəsi zamanı heyətinə qatacağı ilk futbolçu müəyyənləşib.

Qol.az-ın əldə etdiyi xəbərə görə, Ağdam təmsilçisi “Zirə”nin fransalı futbolçusu Hamidu Keyta ilə tam razılıq əldə edib. Keyta dünən “Qarabağ”ın bazasında da olaraq danışıqların yekun mərhələsini aparıb.

İyunun 30-u “Zirə” ilə müqaviləsi başa çatacaq Keyta Ağdam klubuna azad agent kimi keçəcək. Onunla 1+1 illik müqavilə imzalanacaq.

Qeyd edək ko, Keyta bu ilin mart ayında "Qalatasaray"a qarşı keçirilən xeyriyyə matçında "Qarabağ"ın heyətində çıxış edib.

Xatırladaq ki, 28 yaşlı sol vinger 2022-ci ilin yanvarından “Zirə”də oynayır.

Daha çox


Son xəbərlər
topaz banner