Azərbaycan Premyer Liqasında autsayderlər üçün “ölüm-dirim” oyunu

Azərbaycan Premyer Liqasında autsayderlər üçün “ölüm-dirim” oyunu
ÖLKƏ FUTBOLU 27 May 2023 / 08:46 3530
-  A +

Bu mövsümün yekununda Misli Premyer Liqasında sonuncu yeri tutacaq komanda bu gün bəlli olacaq

Qol.az xəbər verir ki, sonuncu - 10-cu yeri tutmağa iki namizəd var - “Səbail” və “Şamaxı”. Bu gün keçiriləcək mövsümün sonuncu - 36-ci turun matçında hər iki komanda bir-biri ilə üz-üzə gələcək. 

Hazırda “Səbail” 26 xalla 9-cu, “Şamaxı” isə 25 xalla 10-cu yeri tutur. Bugünkü görüşdə “Səbail”ə heç-heçə də sərf edir. “Şamaxı”ya isə mütləq qələbə lazımdır. Oyun saat 20:00-da başlanacaq.

Qeyd edək ki, daha əvvəl AFFA rəhbərliyi əvvəlki son illərdən fərqli olaraq bu mövsüm axırıncı yeri tutan komandanın Premyer Liqanı tərk edəcəyini açıqlayıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner