Bu gün Azərbaycanın UEFA-nın Konfrans Liqası yarışındakı sonuncu iştirakçısı müəyyənləşə bilər.
Qol.az xəbər verir ki, sonuncu vəsiqə uğrunda iki komanda mübarizə aparır. Bunlar “Qəbələ” və “Zirə”dir. Hər iki komanda mövsümdə son oyununu bu gün keçirəcək. “Zirə” səfərdə “Sumqayıt”la, “Qəbələ” isə öz meydanında “Kəpəz”lə qarşılaşacaq.
Hazırda “Qəbələ”nin 49, “Zirə”nin isə 47 xalı var. Bu komandalar arasında şəxsi oyunlarda üstünlük “Qəbələ”nin tərəfində olduğundan onlara heç-heçə də sərf edir. Bu halda “Qəbələ” 4-cü yeri təmin edəcək və Azərbaycan kubokunun finalında “Neftçi” ilə matçın nəticəsindən asılı olmayaraq 2023/24 mövsümündə Konfrans Liqasının birinci mərhələsindən yarışacaq.
“Zirə”yə gəlincə, onların şansı az da olsa qalmaqdadır. Bunun üçün komanda son turda mütləq qələbə qazanmalı, “Qəbələ” isə məğlub olmalıdır. Bu halda “Zirə” mövsümü 4-cü yerdə tamamlayacaq və kubokun finalının nəticəsini gözləyəcək. Final “Neftçi” “Qəbələ”yə qalib gələcəyi halda Konfrans Liqasına “Zirə” qatılacaq. Mövcud qaydalara əsasən, KL-ə vəsiqə alan 3-cü yerin sahibi (indiki halda “Neftçi”) kuboku da qazanırsa, 4-cü yeri tutan komanda avrokuboka qatılır.
Xatırladaq ki, Azərbaycan artıq 3 klub Avropa kubokuna vəsiqəni təmin edib. Bunlar “Qarabağ” (Çempionlar Liqası), “Sabah” və “Neftçi”dir (Konfrans Liqası).
Qeyd edək ki, “Sumqayıt” - “Zirə” və “Qəbələ” - “Kəpəz” görüşləri bu gün saat 17:30-da başlanacaq.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi