Bu gün "Sirab" brendinin Azərbaycan çempionu "Qarabağ"la tərəfdaşlıq müqaviləsinin imza mərasimi keçirilib.
Qol.az xəbər verir ki, imzalama mərasimində "Sirab"ın CEO-su Alper Yaycılı, marketinq şöbəsinin rəhbəri Esin Umut, "Qarabağ"ın direktoru Emrah Çelikel, komandanın marketing departamentinin rəhbəri Yusif Cəfərov iştirak edib.
Əvvəlcə su tərəfdaşlığı rəsmiləşdirilib. Müqaviləni "Sirab" şirkətinin CEO'su Alper Yaycılı və "Qarabağ"ın direktoru Emrah Çelikel imzalayıb.
İmza mərasimində "Sirab" şirkətinin CEO-su Alpar Yaycılı tərəfdaşlıqdan qürur duyduqlarını bildirib: "Qarabağ" Azərbaycan idmanının ən öndə olan adlarından biridir. Bu klub ölkəni Avropa meydanlarında layiqincə təmsil edir, milyonlarla insana sevinc və qürur bəxş edir. "Sirab" olaraq daim ölkə idmanına dəstək olmağa çalışırıq. 2018-ci ildən "Qarabağ"la əməkdaşlığımız var. Bu gündən etibarən isə həm də rəsmi su tərəfdaşı olaraq çalışacağıq. "Qarabağ" kimi titullu və böyük klubla əməkdaşlıqdan qürur duyuruq".
“Qarabağ”ın direktoru Emrah Çelikel isə deyib: "Sirab"la işbirliyimiz 2018-ci ildən başlayır və bizim tabe olduğumuz "Azərsun" ailəsi sədaqətə və mənəviyyata çox yüksək dəyər verir. Baş məşqçimiz Qurban Qurbanov 2008-ci ildən bizimlədir. "Azərsun Holdinq 2001-ci ildən "Qarabağ"ı dəstəkləyir. Biz illərdir çalışırıq ki, işlərimizi imkanlarımız daxilində peşəkar səviyyədə aparaq. 2018-ci ildən bizimlə bərabər olan "Sirab" sularına təşəkkür edirəm. Bugünkü gündə çarter reysi ilə getdiyimiz oyunlarda özümüzlə "Sirab" sularını da aparırıq. Biz bu sulara alışmışıq, öyrəşmişik. Hər birinizə də tövsiyə edirəm. "Sirab" yüksək keyifiyyətə malikdir və "Qarabağ"la yan-yana dura biləcək, həm Avropada , həm dünyada dəstəkləyə biləcək bir Azərbaycan markasıdır. İnanıram ki, tərədaşlığımız uzun illər davam edəcək.
Qarşıda başqa yeni əməkdaşlıqlar da ola bilər. Amma biz hər marka ilə tərəfdaşlıq edə bilmərik. Çünki, çox güclü sponsorumuz var. "Azersun Holding" bütün ehtiyaclarımızı qarşılayır. Tərəfdaşlıq müqavilələri ilə bağlı uzun məsləhətlərdən sonra qərar veririk".
Qeyd edək ki, 70 ildən çox yaşı olan, dünya standartlarına cavab verən "Sirab" mineral suyu bir çox xarici ölkələrdə yüksək mükafatlara layiq görülüb.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi