Ten Haqdan Neymar açıqlaması

Ten Haqdan Neymar açıqlaması
ÖLKƏ FUTBOLU 24 May 2023 / 18:28 3000
-  A +

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq PSJ-nin hücumçusu Neymarı transfer edəcəklləri barədə yayılan məlumatlara münasibət bildirib.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, mütəxəssis deyib: 

“Mançester Yunayted"in Neymara marağı ilə bağlı şayiələri necə şərh edə bilərəm? Həqiqətən nəsə olanda bunu bildirəcəyəm. Biz sizə məlumat verəcəyik".

Daha əvvəl Fransa mətbuatında “Mançester Yunayted”in Neymarın transferi ilə bağlı danışıqlara başladığı barədə məlumatlar yayılmışdı. “Qırmızı şeytanlar” braziliyalı hücumçunu icarəyə götürmək niyyətindədir, lakin PSJ futbolçunun tam hüquqlu transferini istəyir. Neymar 2017-ci ildən PSJ-də oynayır.

Daha çox


Son xəbərlər
topaz banner