"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri A seriyasında komandasının aktivindən 10 xal silinməsi haqda danışıb.
Qol.az xəbər verir ki, mütəxəssis A seriyasının 36-cı turunda "Empoli" ilə matçdan sonra açıqlamasında (1:4) bu məsələyə görə qəzəbləndiyini bildirib: “Biz bəhanə axtara bilmərik. Biz “Yuventus”uq, qalib gəlməyə və ya heç olmasa, qələbə üçün mübarizə aparmağa öyrəşmişik.
Təbii ki, oyunun başlamasına 10 dəqiqə qalmış hökmün verilməsi qəribədir. Amma bu, bizim psixoloji çöküşümüzə haqq qazandırmır. İndi biz ancaq susub məğlubiyyəti qəbul edə bilərik. Matçdan əvvəl 69 xalımız var idi, ikinci idik, bu hamıya aydın olmalıdır. Hətta 10 xal silindikdən sonra belə "Empoli"yə qalib gəlsəydik, bu, bizə "Milan"la Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparmaq şansı verərdi. Təəssüf ki, işlər başqa cür oldu.
Bu dəqiqə “Yuventus”u tərk etməyim qorxaqlıq olardı. Bir şeyi qeyd etmək istəyirəm: “Yuventus” turnir cədvəlində ikinci yerdə idi, meydanda da buna layiq idik. İstənilən nəticəni qəbul edəcəyik, amma ümid edirəm ki, hər şey birdəfəlik həll olunacaq. Davamlı olaraq yeni məlumat almaqdansa, qoy "Yuventus"a nə etmək istədiklərinə qərar versinlər, bizə desinlər və məsələni bağlasınlar. İndi baş verənlər öz işini görənlərə, futbolçulara, məşqçilərə hörmətsizlikdir".
Qeyd edək ki, İtaliyanın Federal Apellyasiya Məhkəməsi maliyyə fırıldağına görə "Yuventus"un A seriyasında 10 xalının silinməsinə qərar verib. Beləliklə, xalı 69-dan 59-a düşən Turin klubu A seriyasının turnir cədvəlində 2-ci pillədən 7-ci yerə enib.
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı
FİFA futbola məcburi 1 yerli gənc oyunçu limiti gətirir
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
Kompani PSJ ilə oyun və şansları haqda
Keyn Cerrardın rekordunu qırdı
Azərbaycanı "Böyük Dəbilqə"də kimlər təmsil edəcək?
"Atletiko" - "Arsenal" oyununu yayımlayacaq kanallar
Hacı Əliyevin ad günündə kimlər var idi? - Video
"Bavariya" son dəfə 31 il əvvəl 5 qol buraxıb
Enrike ilə Kompani arasında maraqlı dialoq - Video
Parisdə “qol yağışı” - Video
Luis Enrike: “Bu, məşqçi karyeramdakı ən yaxşı oyun idi”
Çempionlar Liqasında belə hesab olmayıb
PSJ - “Bavariya” matçında 9 qol
Kvaratsxeliya PSJ-nin tarixinə düşdü
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır