“Bu gün azarkeşlərimizi sevindirmək istəyirdik. Onlara qələbə hədiyyə etməyə çalışsaq da, alınmadı. Amma digər tərəfdən də məğlubiyyətsiz oyunlar seriyamız davam edir. Mövsüm ərzində heç vaxt ardıcıl dörd məğlubiyyətsiz oyunumuz olmamışdı. Ona görə də bu gün məğlub olmamaq bizim üçün çox vacib idi”.
Qol.az xəbər verir ki, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 35-ci turunda bu gün “Səbail”lə keçirilən oyundan sonra mətbuat konfrnasında deyib.
O, 2:2 hesablı heç-heçəni belə şərh edib: “Oyun istədiyimiz kimi alındı, qollar vurduq. Yenə də fərqlənə bilərdik. “Səbail”in ikinci hissədə dəyişikliklər edəcəyini bilirdik. “Sumqayıt”la matçda da bu cür etmişdilər. Həmin görüşdə görmüşdük ki, sonradan meydana çıxan futbolçular oyunu dəyişə bilirlər. Bizdə isə son yaxın yorğunluq var idi. Kamal Bayramov zədəli oynadı”.
O, “Turan Tovuz”un Premyer Liqadakı ilk ilinin pis keçmədiyini bildirib: “Oyunumuzu daha da yaxşılaşdırmaq istəyirik. Bu mövsüm məqsəd Premyer Liqada qalmaq idi. Sevindirici haldır ki, altıncı pillədə möhkəmləndik. Hətta turnir cədvəlində daha yuxarı qalxa bilərdik. Amma həlledici matçlarda təcrübəsizlik buna imkan vermədi. İlk ilimizin pis keçmədiyini deyə bilərəm. Gələcəkdə bundan da çətin olacaq. Rəqiblər güclənəcək, ona görə biz də güclənməliyik. Son matçdan sonra yeni mövsümün planlarını daha ətraflı müzakirə edəcəyik”.
A.Abbasov son turlar futbolçuları motivasiya etməkdə çətinlik çəkmədiyini bildirib: “Bəli, son görüşlər bizim üçün turnir cədvəli baxımından ciddi önəm kəsb etmir. Amma əsas odur ki, komandadakı ah-hava, futbolçuların yanaşması yaxşıdır. Heç bir futbolçunun hansısa oyunda həvəssiz olmasını görməmişəm. Komandanı yığanda götürdüyümüz futbolçuların bir çoxu klublarında oynamaq şansı qazanmırdılar, bəziləri isə hətta futboldan kənar qalmışdı. Çətin anlarda belə komandada istək var idi. Kubokda uduzandan sonra futbolçulara bildirdim ki, çempionatdakı son 5 qarşılaşma bizim üçün finala bərabərdir. Gələcəyimiz üçün vacib matçlardır. Çox şükür ki, artıq 4 oyun keçib və heç birində uduzmamışıq, 10 xal toplamışıq. İnanıram ki, son turda “Qarabağ”a qarşı da layiqli müqavimət göstərəcəyik. Mövsümün sonunda yorğunluq olması normaldır. Bu gün də buna şahid olduq. Amma əsas odur ki, komandada istək var idi”.
“Turan Tovuz”un çalışdırıcısı heyətin aparıcı üzvlərinə yeni müqavilə təklif etdiklərini bildirib: “Natan Oduvaya təklifimizi etmişik. Cavab gözləyirik. Oduva, məncə, Tovuzda qazandı. “Turan Tovuz”dakı karyerası onun üçün uğurlu oldu. Azərbaycan çempionatına uyğunlaşdı, özünü göstərə bildi. Daha əvvəl “Keşlə”də qol vura bilməmişdi. Amma tək Natan yox, komandada saxlamaq istədiyimiz bütün futbolçularla danışırıq. Kim qalmaq istəyəcəksə, onunla müqaviləni yeniləyəcəyik. Digər klubların futbolçularımıza maraq göstərməsi normaldır”.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi