“Qarşılıqlı hücumlar şəraitində keçən gərgin qarşılaşma izlədik. Tək qolların deyil, qol epizodlarının da sayı kifayət qədər çox idi”.
Qol.az xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 35-ci turunda “Turan Tovuz”la 2:2 hesabı bərabərə qaldıqları oyundan sonra deyib.
Mütəxəssis qeyd edib ki, hər iki komanda meydanı 3 xalla tərk edə bilərdi: “Standart vəziyyətləri çıxmaq şərti ilə komandam 2 hissə dominant futbol oynadı. Topa nəzarət bizim tərəfimizdə idi. Hücumlar zamanı cinah müdafiəçiləri də irəli atılırdı. Lakin problem o idi ki, bu gün hücumçusuz, iki “10 nömrə” ilə oynayırdıq. Hesabda 2 top fərqi ilə geri düşsək də, komanda xarakter göstərdi, geridönüş edə bildik. “Turan Tovuz” son vaxtlar əla çıxış edir. Qorxduğumuz başımıza gəldi. Standart vəziyyətdən qapımızda erkən qol gördük. Hər iki hissənin ilk 5 dəqiqəsi bizim üçün xətalı oldu. Soyuqqanlılıq çatışmadı, qapıçı və müdafiəçilər düzgün oynamadılar. Lakin ruhdan düşmədik. Məncə, hesab oyuna görədir. Hər iki komanda bu gün qalib də gələ bilərdi, uduza da bilərdi”.
Diniyev start heyətində nominal hücumçuya şans verməməsinin səbəbini belə izah edib: “Rəqibin oyununu analiz edəndə gördük ki, 3 mərkəz müdafiəçisinin hər biri rəqib hücumçularla fərdi oynayır. Təkbətək mübarizədə çox güclüdürlər və rəqib hücumçulara oynamağa imkan vermirlər. O üçlüyün arasına, yəni start heyətimizə hücumçu daxil etmək o demək idi ki, 1 nəfər azlıqda oynayacağdıq. Bu səbəbdən də həmin müdafiəçilərin oyunçusuz qalmalarını istədim. Hər iki hissədə qol şanslarımız var idi. Düzdür, ikinci hissədə 2 hücumçu buraxdıq. O zaman artıq itirəcəyimiz heç nə yox idi. Düşünürəm ki, üçüncü qolu da vura bilərdik. Zakpa yaxaladığı 2 şansdan birini dəyərləndirsəydi, qalib də gələ bilərdik”.
O, gənclərə az şans verməsinin komandanın turnir cədvəlindəki mövqeyi ilə bağlı olduğunu bildirib: “Bəli, Ədilxan Qaraxanov, Nihat Qurbanov kimi futbolçulara demək olar ki, şans verə bilmirəm. Bu, turnir cədvəlində tutduğumuz yerə görədir. Mövqeyimiz komandaya stress yaşadır və bizə də heyətdə rotasiya etməyə imkan vermir. İndiki məqamda əsasən təcrübəlilərə güvənirik ki, nəticə qazanaq. Bu təzyiqlər altında gəncləri çox qabağa çəkə bilmirəm. Təbii ki, vəziyyətimiz başqa cür olsaydı, gənclərə də şans verə bilərdim”.
Şahin Diniyev “Komanda Premyer Liqadakı yerini itirsə, “Səbail”də qalacaqsınız?” sualını belə cavablandırıb: “Heç vaxt qərar verməyə tələsmək lazım deyil. İnsan gərək dediyi sözün arxasında dura. Uşaq deyilik. Mən də "heç vaxt heç vaxt demə" psinsipi ilə işləyən insanam. Sabah nə olacağını bilmirəm. Təbii ki, ilk növbədə məqsəd Premyer Liqada qalmaqdır. Yox, bu baş verməsə, hansı addım atacağımı bilmirəm. Hələ bu barədə düşünməmişəm”.
Mütəxəssis Şamaxıdakı nəticəni bildikdən sonra risk etmədiklərini qeyd edib: “Şamaxı” - “Qəbələ” oyununun heç-heçə bitməsi barədə xəbər gəldi. Bundan sonra risk etmədik. Əgər “Şamaxı” qalib gəlsəydi, son dəqiqələrdə risk edib, üçüncü qolu vurmağa çalışacağdıq. Amma həmin görüş qolsuz bitdiyindən sonda heç-heçəni qorumağa çalışdıq. Hətta qol vurmaq üçün irəli atılan mərkəzi müdafiəçilərini də geri çağırdım. İndiki halda hər komandanın heç-heçə etməsi bizə nisbətən sərf edir. Bu halda son turda “Şamaxı” ilə görüşdə bizə 1 xal da bəs edəcək”.
Ş.Diniyev qeyd edib ki, 17 tur ərzində VAR-da komandasının lehinə qərar qəbul edilməyib: “17 turda bəlkə 12-14 dəfə bizim oyunlarda VAR-a baxılıb və heç bir halda bizim lehimizə olan yekun qərar qəbul edilməyib. Ona görə də bugünkü matçda hakim VAR-a gedəndə heç epizoda baxmadım. Bilirdim ki, bizim xeyrimizə olacaq qərar qəbul olunmayacaq. Sanki VAR bizim üçün lənətlənib. Burda söhbət qərarın səhv, ya düz olmasından getmir. Əlehimizə olan səhv qərarlar çoxdur. Bununla bağlı xeyli epizod var”.
O, son turla bağlı Hakimlər Komitəsinə xahişini də çatdırıb: “Son turda “Şamaxı” ilə görüşümüz həlledicidir. Bu matçda 1 nəfərin deyil, bütün komandanın, cameənin taleyi həll olunacaq. O matçda səhvlər bağışlanmayacaq. Ona görə də elə sizlərin vasitəsi Hakimlər Komitəsindən xahiş edirəm ki, bu matça ciddi yanaşsınlar. VAR-da hər incə məqama diqqət edilməlidir. Çünki yenə deyirəm ki, bu görüşdə 2 komandanın deyil, 2 böyük ailənin taleyi həll olunacaq. Bu səbəbdən də hər şey ədalətli olmalıdır. Düşünürəm ki, belə də olacaq”.
Diniyev idman prinsiplərinin bəzi məqamlarda əsas olmadığını deyib: “Səbail” də, “Şamaxı” da, “Kəpəz” də, “Sumqayıt” da Premyer Liqada qalmağa layiqdir. Mən daha əvvəl də bu barədə fikirlərimi açıqlamışam. Elə deyirlər idman prinsipi. Məgər “Kəpəz”, “Turan” bu mövsüm Premyer Liqaya idman prinsipi ilə gəldi? Yaxud mənim çalışdığım dövrdə “Kəpəz” idman prinsipi ilə Premyer Liqaya yüksəldi. Yaxud ikinci məsələ. İdman prinsipindən danışırıqsa, o zaman I Divizionda da klubların hamısı peşəkar olmalıdır. “Qarabağ-2”, yaxud “Qəbələ-2” 1-ci yeri tutsa, Premyer Liqaya yüksələcəklər? Deməli, dördüncü, beşinci yeri tutanlardan biri vəsiqə əldə edəcək. İdman prinsipi o zaman olur ki, üç peşəkar liqa var. Bəlkə də yenə deyəcəklər Şahin Diniyev “Səbail”ə görə danışır, amma həqiqətən də elə deyil. “Səbail” də Premyer Liqada qalmağa layiqdir, “Şamaxı” da”.
O, hakimlərin “Səbail”ə kömək etməsi barədə deyilənləri yaxına buraxmayıb: “Mən Sizə 17 epizod verərəm, baxarsız, görün hakimlər bizə kömək edir, ya yox. Bizim futbolçularımıza 12 dəfə qırmızı vərəqə göstərilir. Kömək buna deyirsiz? AFFA məni hansısa komandaya təyin etsəydi, 7 il əvvəl işləyərdim”.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı
FİFA futbola məcburi 1 yerli gənc oyunçu limiti gətirir
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
Kompani PSJ ilə oyun və şansları haqda
Keyn Cerrardın rekordunu qırdı
Azərbaycanı "Böyük Dəbilqə"də kimlər təmsil edəcək?
"Atletiko" - "Arsenal" oyununu yayımlayacaq kanallar
Hacı Əliyevin ad günündə kimlər var idi? - Video
"Bavariya" son dəfə 31 il əvvəl 5 qol buraxıb
Enrike ilə Kompani arasında maraqlı dialoq - Video
Parisdə “qol yağışı” - Video
Luis Enrike: “Bu, məşqçi karyeramdakı ən yaxşı oyun idi”
Çempionlar Liqasında belə hesab olmayıb
PSJ - “Bavariya” matçında 9 qol
Kvaratsxeliya PSJ-nin tarixinə düşdü
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır