"Samir Abasovu təbrik edirəm. Ona uğurlar arzulayıram. Uduzmaq istəməzdik. Futbolda belə hallar olur. Futbolçularım çox çalışdılar".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 35-ci turunda bu gün evdə "Sumqayıt"a uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
O, 1:2 hesablı məğlubiyyəti belə şərh edib: "Baxımlı oyun olduğunu da deməzdim. Hava isti idi, ola bilsin ki, motivasiya da tam çatmırdı. Hər halda məğlub olanda həm oyun zamanı, həm də oyundan sonra futbolçularımız əziyyət çəkirlər. Komandaya iradım yoxdur".
Q.Qurbanov "Futbolçularınızı bağışlamaq olarmı" sualını belə cavablandırıb: "Nə ediblər ki? Futbolçularımızı çox istəyirik. Onlar bu günə qədər hamının sevgisini qazanıb, hamının üzünü ağ edib, hamımız onlara güvənirik və təşəkkür edirik. Məğlubiyyətsiz idman növü və məğlubiyyətsiz çempionat yoxdur. Uduzmuşuq. Amma maksimum istəyimizə çatmışıq. Futbolçuları daha da yaxşı səviyyəyə çatdırmaq istəyirik".
Baş məşqçi Çempionlar Liqasına hazırlıq planının tam bəlli olmadığını qeyd edib: "Ümumən bəllidir. Amma hələ tam deyil. Ola bilər ki, 1-2 xırda detalda dəyişiklik edildi".
Q.Qurbanov mətbuatda "Qarabağ"ın dəyəri 5 milyon avro olan futbolçularla maraqlanması haqda yayılan xəbərlərə də münasibət bildirib: "Mən bu cür xəbər oxumamışam. Qarşıma çıxmayıb. Beş milyona futbolçu almaq o demək deyil ki, problemimiz həll edildi. Həm də, o demək deyil ki, həmin oyunçu gəlib biz istəyəni verəcək. Transferlə bağlı işlər davam edir. Amma yüksək məbləğdə olan futbolçu axtarışımız yoxdur".
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi