“Mövsüm sona yaxınlaşdıqca komandalarda yorğunluq hiss olunur. Uduzsaq da, oyundan sonra futbolçularıma təşəkkür etdim. Bilirəm ki, uzaq yol gedib-gəlmək onları yorur. Bunun nəticəsində artıq komandada zədəlilər də çoxalıb”.
Qol.az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Misli Premyer Liqasının 35-ci turunda “Neftçi”yə 1:3 hesabı ilə uduzduqları matçdan sonra mətbuat konfransında deyib.
O, doğma meydanda çıxış etməməyin komandasını yorduğunu bildirib: “Minimum məqsəd Premyer Liqada qalmaq idi. Bunun öhdəsindən gəldik. Buna baxmayaraq, mövsümü yüksək əhval-ruhiyyə ilə bitirmək istəyirik. Amma bu gün qələbə qazanmaq alınmadı. Artıq biz də yorulmuşuq. Yol bizi çox yorur”.
Əhmədov komandanı Premyer Liqada saxlamasına baxmayaraq, klub rəhbərliyindən yeni müqavilə təklifi almaması haqda sualı belə cavablandırıb: “Bu sualı rəhbərliyə versəniz, daha yaxşı olar. Yazırlar ki, guya kimlərəsə yalvarmışam ki, mənə hansısa komandada iş versinlər. Bu günə kimi heç kimə ağız açmamışam. Rəhbərlik istəsə, işimizə davam edəcəyik. "Kəpəz"i sevən insanlar mənə deyirlər ki, komandadan getmə. Bu günə qədər heç bir təklif olmayıb. İşim göz qabağındadır. Hazırda son oyunu fikirləşirəm. Müqavilə barədə heç nə deyə bilmərəm”.
Mütəxəssis qeyd edib ki, elə də yüksək olmayan büdcə ilə də komanda formalaşdırmaq mümkündür: “AZAL-ın büdcəsi 155 min manata endiriləndə işləmişəm. Futbol aləmində bütün çətinlikləri görmüşəm. Az büdcə ilə komanda formalaşdırmaq olar. Qalsam, ən yaxşı nəticəni qarşıma məqsəd qoyacağam. Şərait olsa, çalışaram ki, komanda mükafatçılar sırasında olsun”.
“Kəpəz”in çalışdırıcısı digər klublardan təklif alması haqda yayılan xəbərlərin düzgün olmadığını söyləyib: “Yox, heç bir klubdan təklif almamışam. Mənimlə heç kim əlaqə saxlamayıb. Özüm də heç kimə ağız açmamışam”.
“Kəpəz” son turda “Qəbələ” ilə qarşılaşacaq. T.Əhmədov qeyd edib ki, matça qədər 5 gün ərzində Qəbələdə qalmağa klubun imkanı yoxdur: “Beş gün Qəbələdə qalmaq üçün böyük vəsait lazımdır. Ona görə də geri qayıtmağa məcburuq”.
“Kəpəz”in çalışdırıcısı öz işinə qiymət vermək istəməyib: “Öz işimlə bağlı heç nə deyə bilmərəm. İşimizə ictimaiyyət qiymət verə bilər. Sadəcə onu deyə bilərəm ki, qarşımıza qoyulan məqsəd Premyer Liqada almaq idi, ona da çatdıq”.
Bütün çətinliklərə baxmayaraq, o, əziyyətdən qorxmadığını vurğulayıb: “Bezsəydim, qorxsaydım, bu gün burada olmazdım. Təhdidlər də var. Heç vaxt bunları açıqlayası deyiləm. Həyatım boyu heç vaxt qorxmamışam. Yenə bu hadisələr olsa, işimə davam edəcəm. Əksinə, bu cür hallar məni motivasiya edir”.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Çempionlar Liqasında məşqçi kimi debüt
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi