"Premyer Liqanı tərk etməyimiz təhlükəsi böyükdür. Son 2 oyunun hər biri bizim üçn finala bərabər olacaq".
Bu sözləri Qol.az saytına açıqlamasında "Səbail"in baş məşqçisi Şahin Diniyev deyib.
O, Premyer Liqanı tərk etmək riskləri haqda danışıb. Diniyevin komandası sona 2 tur qalmış turnir cədvəlində 25 xalla 9-cudur. "Səbail" 10-cu yerdəki "Şamaxı"nı cəmi 1 xal qabaqlayır. Paytaxt təmsilçisi 35-ci turda səfərdə "Turan Tovuz"la, 36-cı - son turda isə evdə "Şamaxı" ilə qarşılaşacaq.
Ş.Diniyev bu oyunların olduqca əhəmiyyətli olduğunu bildirib: "Tovuz səfəri hər bir komanda üçün çətin olur. "Turan Tovuz"un son vaxtlar sərgilədiyi oyun oradakı matçın çətin keçəcəyindən xəbər verir. "Şamaxı" ilə görüş də bizim üçün çox vacibdir. İstəklərimiz böyükdür. Ən böyük istəyimiz odur ki, "Turan Tovuz"la görüşdə sərfəli nəticə qazanaq və məsələni son tura saxlamayaq. Çünki axırıncı matç lotereya kimi bir şeydir. O oyunda ustalıq səviyyəsindən söhbət getməyəcək. Daha çox motivasiya, əzmkarlıq, vuruşmaq öz sözünü deyəcək. Təsadüfi hər şey ola bilər. Ona görə də qarşıdakı 2 matç izim üçün həqiqətən də həlledicidir. Bu, olum, ya ölüm məsələsidir. Futbolçular, məşqçilər, rəhbərlik - hamı məsuliyyəti başa düşür. Oyunlara ciddi olaraq hazırlaşırıq. Ancaq bu, futboldur. Futbolda 3 nəticə var: qələbə, heç-heçə, məğlubiyyət. Bunlardan hansısa baş verəcək. Çalışacağıq ki, uğurlu nəticə qazanaq. Çünki "Səbail" öz oyununa görə Premyer Liqada qalmağa layiq komandadır. Bunu "Qarabağ", "Sabah", "Neftçi", "Zirə", "Qəbələ"yə qarşı nümayiş etdirdiyimiz oyunla göstərmişik".
Mütəxəssis yalnız son 2 matça kökləndiklərini və başqa heç nəyi düşünmədiklərini bildirib: "3 komanda üçün təhlükə var. Bunlardan biri "Səbail"dir, digərləri isə "Sumqayıt" və "Şamaxı"dır. Təbii ki, qarşıdakı 2 oyunda hər şey həll olunacaq. "Səbail" haqqında indi hamı hər şey yazır. Amma inanın ki, biz Premyer Liqanı tərk etməyi düşünmürük. Futbolda hər şey ola bilər. Amma klubda gələcək haqqında heç bir söhbət aparılmır. Yalnız qarşıdakı 2 oyunu fikirləşirik".
Nur Zeynalova
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi