"Son oyunların nisbətində "Neftçi" autsayderdir. Baş məşqçi Regeqampf nə qədər bunu turnir cədvəlində xala ehtiyac yoxdurla əlaqələndirsə də, Murad Musayevin son turdakı qələbəsindən sonra açıqlaması deyilənlərə tutarlı cavabdır. "Neftçi" kimi klub hər zaman öz adını, çəkisini qorumağı bacarmalıdır və tərəfdarları qarşısında buna borcludur. Ümumilikdə isə, köklü klubun problemləri son turlardakı nəticələrdən daha genişdir və təsadüfi hal daşımır".
Bu sözləri Qol.az-a açıqlamasında "Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov klubun ölkə çempionatında son 5 oyundakı (3 məğlubiyyət, 2 heç-heçə) uğursuz çıxışı barədə danışarkən deyib.
O bildirib ki, "Sabah"dan 18, "Qarabağ"dan 25 xal geri qalmaq uğursuzluq yox, "Neftçi" adına faciədir: "Azarkeşlərin haqlı narazılığı pik həddə çatıb. Artıq növbəti dəfə "günahkar"lar, yeni qurbanlar axtarılır. Nə rumıniyalı mütəxəssis, nə ondan əvvəlkilər, nə də ki, saysız-hesabsız legionerlər, yerli futbolçular özbaşına kluba gəlməyiblər, "Neftçi"ni faktiki idarə edənlər tərəfindən komandaya gətiriliblər. Hər il kluba Azərbaycan futbolu şərtlərinə uyğun külli miqdarda vəsait xərclənir. "Neftçi" strateji olaraq düzgün idarə olunmur və illərdir eyni ssenari davam edir. Məşqçilər, futbolçular əlcək kimi dəyişdirilir, əsl günahkarlar isə bəhanələrlə, yalanlarla azarkeşləri ümidləndirir, yenidən vaxt udulur".

T.Süleymanovun sözlərinə görə, "Neftçi"də problemlər qlobal xarakter daşıyır: "İllərdir eyni xətt üzrə icraçı rəhbərlər göndərilir. Yarıtmaz idarəçilik, məsuliyyətsizlik, məğlub psixologiya ilə tarixi klub çökdürülüb, bütün anti-rekordlara imza atılıb. "Neftçi"də nəinki strateji futbol sistemsizliyi, qəbulolunmaz nəticəsizlik mövcuddur. Klub ideoloji olaraq da yararsız hala salınıb".
O, "Qarabağ" və "Sabah"ın Türkiyədəki zəlzələdən zərərçəkənlərə yardım məqsədi ilə yoldaşlıq görüşləri keçirdini, "Neftçi"nin isə bu prosesdən kənarda qaldığını söyləyib: "Qardaş Türkiyədə baş vermiş faciəvi zəlzələdə zərərçəkmişlərə hər iki ölkənin aparıcı klubları biganə qalmadı, "Qalatasaray", "Beşiktaş" kimi böyük klublar "Qarabağ" və "Sabah"ın dəvəti ilə Bakıya təşrif buyurdu. Tribunaları dolduran, sevimli komandalarını dəstəkləyən 100 minə yaxın azarkeş öz maddi-mənəvi dəstəyini əsirgəmədi. "Neftçi" kimi klub bu nəcib prosesdən kənarda qalıb. Bu, tək futbol, klub nüfuzu adına deyil, dövlət, dövlətçilik baxımından da yolverilməzdir. "Neftçi" öz azarkeşləri ilə birgə hər zaman öndə olmağı bacarmalıdır, kənardan prosesləri izləməməlidir".
T.Süleymanov vurğulayıb ki, hər 3-5 aydan bir dəstə-dəstə yararsız transferlərlə komanda düzəlməz: "Ancaq milyonlar havaya sovrula bilər. Çıxış yolu, "Neftçi"nin yenidən dirçəlməsi, liderliyə qayıtması üçün təsisçi/baş sponsor tərəfindən qəti və doğru addımlar atılmalı, tarixi klubun böyüklüyünü dərk edən, bu yükü öz üzərinə götürə biləcək bacarıqlı insanlar kluba cəlb edilməlidir. "Neftçi" adına qızıldan qiymətli illər itirilib, bu uğursuzluqlara nəhayət ki, son qoyulmalıdır!".

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf “Şamaxı” ilə ötən həftə keçirilən oyundan (1:1) sonra təşkil olunan mətbuat konfransında hazırda komandasın çətin vəziyyətdə olduğunu etiraf edib: “Problemin səbəbini öyrənməliyik. Düzdür, üçüncü yeri təmin etmişik və kubokda finala yüksəlmişik. Bu oyun bizim üçün daha asan olmalıdır. Çünki üzərimizdə təzyiq yoxdur, rahat futbol oynamalıyıq. Bu cür matçlardan istifadə edib, komanda olaraq özümüzdə güvən, rahatlıq yaratmalıyıq, rəqib qapısı önündə qol epizodlarına girməliyik, bir sözlə, futboldan həzz almalıyıq. Amma bu gün bunu görmədim. Xüsusən də ikinci hissədə. Görürəm ki, futbolçular ancaq nəticəni düşünürlər. Halbuki nəticəni yox, futbol oynamağı düşünməlidilər. Bu qədər top itkisi yolverilməzdir. Daha yaxşı oynamalıyıq. Bu problemləri özümüz yaratmışıq və bu vəziyyətdən çıxacağıq”.
Turində triller! - Video
Baş məşqçiyə görə klubdan getməyə hazırlaşır
“Qarabağ” - “Sabah” oyununun hakimləri bilindi
Superliqanın ən məhsuldar transferləri bəlli oldu
"Tottenhem" İqor Tudorla sağollaşır?
"Everton" sabiq futbolçusunu geri qaytara bilər
PSJ-dən "Barselona"ya keçə bilər
"Öz oyun planımızı rəqibə qəbul etdirməliyik"
"Arsenal" azarkeşlərinin səfər xərclərini ödəyəcək
Rusiya millisi ilə oynamaqdan imtina etdilər
Xavi millinin baş məşqçisi ola bilər
UEFA "Benfika"nın şikayətini rədd etdi
"Şəfa"dan 8 qollu qələbə - Video
Premyer Liqa klubları cərimələndi
Misli Premyer Liqasında 18 oyunun vaxtı açıqlandı
Sabir Allahquliyevdən 150-ci oyunda 70-ci qol
Mövsümün matçına hazırsınız? - Video
Caner Erkin intizamsızlığına görə klubdan göndərildi
Azərbaycan millisi Moldovaya qalib gəldi
Azərbaycan idmançılarının Olimpiya medalları dəyişdirilir
"Şəfa"dan qol yağışı
Ançelotti Neymarı milliyə çağırmaqdan imtina etdi
Yerli oyunçularla ÇL-də 1/8 finala - Avropada şimal küləyi
Azərbaycan klubu ev oyunlarını bu stadionda keçirəcək
1-ci liqada 15 oyunun vaxtı məlum oldu
Gün gələcək, "Qarabağ" onları çırpacaq...
Türkiyə klubunun yeni baş məşqçisi açıqlandı
Azərbaycan cüdoçuları Avropa kubokunda
AFFA nümayəndələri UEFA-nın seminarında
"Bodo-Qlimt"in baş məşqçisi sensasiyadan danışdı
Azərbaycandan 4 klub o siyahıdadır - Son 5 ilin reytinqi
Azərbaycanlı Zidan erməniyə qalib gəldi
Bugünkü avrokubok oyunlarını yayımlayacaq kanallar
ÇL tarixində ilk - 6 ingilis klubu 1/8 finalda
Kamilo Duran bunu bacaran 2-ci kolumbiyalı oldu
"İmişli" kolumbiyalı futbolçu transfer etdi - Rəsmi
Azərbaycan çempionatında 250-ci avtoqol