"Qəbələ"nin əməliyyat olunan kapitanının son durumu

"Qəbələ"nin əməliyyat olunan kapitanının son durumu
ÖLKƏ FUTBOLU 18 May 2023 / 00:10 1285
-  A +

Ayağından əməliyyat olunan "Qəbələ"nin kapitanı Asif Məmmədov bir müddət komandasına kömək edə bilməyəcək.

Bu barədə Qol.az-a açıqlamasında 37 yaşlı yarımmüdafiəçi özü məlumat verib. O, ən azı iki ay futbol oynaya bilməyəcəyini deyib:

"Ayağımda vətər qırılıb. Çox nadir hallarda bu cür zədə olur. 10 gündən sonra fizioterapiya başlayacaq. Yəqin ki, iki aydan tez sıraya dönə bilməyəcəm".

Qeyd edək ki, Asif Məmmədov Misli Premyer Liqasının 34-cü turunun “Turan Tovuz”la oyununda (1:2) xəsarət alıb.

Daha çox


Son xəbərlər
topaz banner