"Çox önəmli matç idi. Futbolçulara təşəkkür edirəm. Onlar öz peşəkarlıqlarını göstərdilər".
Qol.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Misli Premyer Liqasının 34-cü turunda səfərdə "Sumqayıt"a 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib. O, komandasının çıxışından razı qaldığını bildirib:
"Bu matç komandanın turnir cədvəlindəki mövqeyini dəyişmirdi. Buna baxmayaraq, gözəl oyun sərgilədik. Pressinqdə aktiv idik, sürətli hücumlar gördük. Bir az hakimlik barədə danışmaq istəyirəm. Qələbə qazandığımıza görə demirəm, bu gün hakim oyunu yaxşı idarə etdi, sərt oynamağa imkan verdi. Bu, çox xeyirlidir. Dünən Çempionlar Liqasının yarımfinal matçına baxdıq. Orada da hakim oyunun tempini yüksək tutdu".
Musayev "Şaxtyor"dan icarəyə götürdkləri Aleksey Kaşuku komandada saxlamaq istədiklərini söyləyib: "Hazırda heç nə deyə bilmərəm. Əlbəttə ki, saxlamaq çox çətindir. Biz Alekseyi istəyirik. Amma o, "Şaxtyor"a məxsusdur. Ola bilər ki, ötən il olduğu kimi Kaşuku təlim-məşq toplanışına cəlb etsinlər. Hələlik sirdir. Amma biz Kaşuku komandada saxlamaq istəyirik".
Mütəxəssis avrokuboklar bütün mövqelərə transferlər etmək niyyətində olduqlarını qeyd edib: "Bütün mövqelərə transfer etmək istəyirik. Müdafiə, yarımmüdafiə və hücuma yeni qan cəlb etmək istəyirik".
O, artıq bəzi futbolçularla danışıqlar apardıqlarını deyib: "Çox çətin prosesdir. İnanıram ki, təlim-məşq toplanışına kimi əsas transferləri edə biləcəyik. İş gedir, klub danışıq aparır, mən danışıram. Oyunçu yaxşı olduqda bura gəlmək şansı azalır".
Musayev Rusiya klubunda oynayan bir neçə futbolçu ilə də əlaqə saxladıqlarını deyib: "Bir-iki belə futbolçu var ki, danışırıq. Amma yenə də çətindir. Çünki, Rusiyadakı məvaciblər bizdən çoxdur".
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi