"Rəqibi təbrik edirəm. Bu gün oyun haqda deyiləsi söz yoxdur. "Beşiktaş"la matçdan sonra yorğun olmaqlarına baxmayaraq çox yaxşı oynadılar. Daha çox qol vura bilərdilər. "Sabah" necə yaxşı vəziyyətdə olduğunu göstərdi".
Qol.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 34-cü turunda "Sabah"a 0:4 hesabı ilə uduzduqları matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis komandasının zəif çıxış etməsi haqda bunları söyləyib: "Ya futbol oynamalısan, ya ürəyini qoymalısan. İkisi də yoxdursa, belə mənzərənin şahidi olacaqsan. Birinci qoldan sonra qapıçının səhvləri oldu. Bu il bundan çox əziyyət çəkirik. Əvvəlki oyundan sonra demişdim ki, öz komandamı yaxşı tanıyıram, gücümüzə bələdəm. Özümüzdən çox rəqiblərimizin oyunu çempionatda qalmağımıza kömək olacaq. Yenə bu ümidlə buradan gedirik. Növbəti rəqiblərimiz bundan da çətindir, çempionla oynayacağıq. Şanslarımız varmı? Bu, heç müzakirə mövzusu deyil".
"Sumqayıt" bu mövsüm "Sabah"a qarşı keçirdiyi matçlarda ümumilikdə 17 qol buraxıb vəqol vura bilməyib. Abasov həmin mənfi statistika ilə əlaqədar deyib: "Reallığı qəbul etməliyik. Bu cür rəqiblərlə ümumiyyətlə oynaya bilmirik. Neçə dəfə belə oyunların şahidi olmuşuq. 70-ə yaxın qol buraxmışıq. Tək "Sabah" yox, "Şamaxı" da bizə 4 qol vurub. Müdafiədə problemlərimiz var. Bu cür oyunlarda sezilir. Biz çox maraqlı komandayıq. Elə olur ki, epizodları dəyərləndirə bilirik. Elə matçlar da olur ki, oyun nəzarətimiz altındadır, özümüz rəqibə hədiyyə edirik ki, gəl bizi ud. Bunun acısını çəkirik. Ümid edirik ki, çempionatda qalacağıq. "Zirə" ilə ev oyunumuz var. Bizim yaşadığımız bütün komandaların başına gələ bilər. Yuxarı pillələrdə olan komandalar da bu situasiyalardan keçib. İndi bizim növbəmizdir, biz bu dönəmdəyik. Səbr etməliyik. Çempionatda qalsaq, növbəti mövsümə köklü dəyişikliklərlə başlamalıyıq".
Abasov "Sumqayı"dakı problemlərin əvvəldən işlərin düz getməməsinə görə yarandığını deyib: "Tək transfer siyasəti deyil. Bu qədər problemlər varsa, deməli işlər əzəldən düz getməyib. Bu, hamımıza aiddir. Belə hallar tək bizim başımıza gəlmir. Heç kimin üstünə atmırıq. Legioner transfer etməyə icazə veriləndən sonra ilk mövsümümüzdür. Düzdür, bu, məndən əvvəl baş verib. Bu yöndə həddən çox səhvlər olacaq. Seçim məsələsində səbrli olmaq lazımdır. Məndən əvvəlki məşqçinin fikirlərinə görə seçilmiş oyunçulardır. Bunlar hamısı yığıldı və belə nəticə yarandı. Çıxış yolu köklü dəyişikliklərdir. Bu, olmasa, eyni şeyləri yenə yaşaya bilərik".
"Şahin Diniyev hər dəfə əminliklə deyir ki, "Səbail" Premyer Liqada qalacaq. Bəs siz nə düşünürsünüz" sualına bu cür cavab verib: "Neçə dəfə bu sualları vermisiniz. Öz rəqiblərimizlə oyunları udmağımıza baxmayaraq mən bu suala əminliklə cavab verə bilməmişəm. Bizi düşmə zonasından yuxarıda saxlayan da həmin matçlarda qazanılan xallardır. Şahin Diniyevin fikirlərinə görə demirəm, bunu əminliklə demək üçün əlində zəmin olmalıdır. Bir baş məşqçi kimi mənim əlimdə zəmin yoxdur. Nəyəsə arxalana da bilmirəm ki, bunu əminliklə deyim".
Çalışdırıcı ilk hissədə rəqib futbolçu Aleksey Kaşukla söhbət etməsinə də toxunub: "Mübahisə deyildi. Topun kimdən çıxması məsələsinə aydınlıq gətirdik, vəssalam".
Abasov daha əvvəl "Kəpəz"lə matçdan sonra "Bu cür oyunla Birinci diviziona düşməyə layiqik" - deyə fikir söyləməsi haqda bunları söyləyib: "Kəpəz" birbaşa rəqibimizdir. Emosiyalar ola bilər. Nəinki, Şahin Diniyev, "Şamaxı" da ilin əvvəlindən deyir ki, Premyer Liqada qalacağıq. Buna görə onlarda günah görmürəm. Öz komandalarına inanırlar, ola bilər ki, motivasiya verirlər. Amma mən elə fikirlər deməyə-deməyə hələ də turnir cədvəlində onlardan üstünük".
Komandanın uğursuz nəticələrinə stabilliyin olmamasının təsir etdiyini bildirib: "Milli komandaların fasiləsi zamanı yüksəlişdə idik. Kontingentimiz stabilliyi qoruyub-saxlamağa imkan vermir. Biz və bizim kimi komandalar çempionatda qalmaq üçün dalaşırıq".
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi