O da "Mançester Yunayted"dən ayrılacaq

O da "Mançester Yunayted"dən ayrılacaq
ÖLKƏ FUTBOLU 16 May 2023 / 14:58 1768
-  A +

“Mançester Yunayted”in müdafiəçisi Fil Cons bu mövsümün sonunda klubu tərk edəcək.

Qol.az jurnalsit Fabrizio Romanonun "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, 31 yaşlı futbolçu ilə iyunda başa çatacaq müqavilə yenilənməyəcək.

Xatırladaq ki, Cons 2011-ci ildən klubda oynayır. Bu mövsüm müdafiəçi bir oyuna da çıxmayıb.

Qeyd edək ki, dünən Stok Siti"də icarə əsasında oynayan, müqavilə ilə "qırmızı şeytanlar"a məxsus olan Aksel Tuanzebenin yayda "MY"dan ayrılacağı yazılmışdı.

Daha çox


Son xəbərlər
topaz banner