Xəbər verdiyimiz kimi, bu gün AFFA Lisenziyalaşdırma Komissiyasının iclası keçirilib. İclasda birinci divizionda mübarizə aparan "Araz Naxçıvan" və "Zaqatala"nın 2023/24 mövsümündə Premyer Liqada oynaması üçün lisenziya verilib.
Əlavə 2 kluba da lisenziyanın verilməsi yeni mövsümdə Premyer Liqada bu mövsümdə olduğu kimi 10 deyil, 12 komandanın oynayacağı ilə bağlı fikirlərin yaranmasına səbəb olub.
Amma Qol.az saytının mötəbər mənbələrdən əldə etdiyi xəbərə görə, hal-hazırda belə bir məsələ gündəmdə deyil və AFFA rəhbərliyinin əvvəlcədən bildirdiyi kimi, yeni mövsümdə də Premyer Liqada 10 komandanın iştirakı nəzərdə tutulur.
Yəni yüksək liqada sonuncu yeri tutan komanda liqanı tərk edəcək, birinci diviziondan isə Premyer Liqaya bir komanda buraxılacaq. Bu isə ya "Araz Naxçıvan", ya da "Zaqatala" olacaq. Yekun qərar AFFA İcraiyyə Komitəsinin toplantısında veriləcək.
"Araz Naxçıvan" birinci divizionun çempionu olub və məntiqlə Premyer Liqada o çıxış etməlidir. Amma kluba lisenziyanın verilməsi hələ o anlama gəlmir ki, yeni mövsümdə Naxçıvan təmsilçisi Misli Premyer Liqasında çıxış edəcək. Çünki bizə çatan məlumata görə, klubun stadionu ilə bağlı problemləri var. Bura əsasən meydançanın əlverişsiz durumu daxildir. Bu məsələ isə təcili həllini tapmalıdır. Əks halda "Araz Naxçıvan" Premyer Liqaya buraxılmaya bilər. Əgər klub bugünkü şəraitində buraxılsa isə oyunlarını başqa bir arenada keçirməli olacaq.
"Zaqatala"nın isə infrasruktur baxımından problemi çox sayılmaz. Təsadüfi deyil ki, AFFA uzun illərdən sonra ilk dəfə bu kluba lisenziya verib. Güman etmək olar ki, əgər çempionatda yenə 10 komanda olsa və "Araz Naxçıvan" yarışa buraxılmasa, bu halda onu "Zaqatala" əvəz edəcək. Yəni indiki halda "Zaqatala" ehtiyat variant kimi görünür.
Bizə çatan xəbərə görə, prinsipcə, AFFA çempionatda 12 komandanın da iştirakının əleyhinə deyil. Amma bunun üçün gərək əlavə 2 klubun da sponsoru olsun. Məlumdur ki, hazırda dövlət tərəfindən Premyer Liqada yarışan 10 klubun hər birinə 3 milyon manat vəsait ayrılır. Bu gün üçün əlavə 2 komandaya 6 milyon manatın ayrılması isə gündəmdə deyil. Deməli, reallıqda çempionat növbəti mövsümdə də 10 komanda ilə davam edəcək. Amma istənilən halda yekun qərar AFFA-nın hələlik tarixi açıqlanmayan İcraiyyə Komitəsinin növbəti toplantısında veriləcək.
Ramiq Ağaməmmədov,
Qol.az
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi