“Türkiyənin ən güclü klublarından biri olan “Beşiktaş” ölkəmizə gəldi. Əsl futbol bayramı, çox gözək atmosfer var idi. Dəstək olan bütün azarkeşlərə təşəkkür edirəm. Onlardan istəyim odur ki, avrokuboklarda da bizi dəstəkləsinlər”.
Bu sözləri Qol.az-a açıqlamasında “Sabah”ın kapitanı Elvin Camalov deyib.
Türkiyənin “Beşiktaş” klubu ilə Bakıda keçirilən xeyriyyə matçı (3:3) haqda danışan yarımmüdafiəçi Konfrans Liqası öncəsi “Beşiktaş” kimi bir komanda ilə qarşılaşmağın onlar üçün yaxşı tərcübə olduğunu bildirib:

“Belə bir oyunun Bakıda keçirilməsi əlavə xoş hisslər bağışlayır. Xeyriyyə məqsədi ilə keçirilməsi isə oyunun dəyərini artırır. Məncə, hər kəs baxımlı oyun izlədi. Belə bir oyunun keçirilməsi böyük marağa səbəb olacaq. Bizim üçün “Beşiktaş” kimi komanda ilə avrokuboklar öncəsi qarşılaşmaq yaxşı və maraqlı bir sınaq oldu. Düşünürəm ki, bu sınaqdan layiqincə çıxdıq. Hesab da göstərdi ki, qardaşlıq qalib gəldi”.

E.Camalov “Beşiktaş” futbolçularının “Sabah” haqqında müsbət fikirlər bildirdiklərini qeyd edib: “Oyun ərəfəsində Cenk Tosun, Umut Meraşla söhbətimiz oldu. Onların da bizimlə bağlı fikirləri müsbət idi. Əvvəlcə bizim haqqımızda məlumatları yox idi. Amma oyunumuzu bəyəndilər. Düşünürəm ki, oyunumuz Türkiyədə olan çoxlu sayda “Beşiktaş” azarkeşlərinin də marağına səbəb oldu”.
Ramiq Ağaməmmədov
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi