Premyer Liqamızda antirekord təkrarlandı

Premyer Liqamızda antirekord təkrarlandı
ÖLKƏ FUTBOLU 15 May 2023 / 10:55 2200
-  A +

Misli Premyer Liqasının 2022/23 mövsümündə 17-ci avtoqol qeydə alınıb.

Qol.az PFL-in saytına istinadən xəbər verir ki, 34-cü turunun “Neftçi” – “Şamaxı” oyununda (1:1) qonaqların qapıçısı Rəşad Əzizli öz qapısına qol vurub. Bu matçadək cari mövsümdə 16 avtoqol olmuşdu.

Bununla da Azərbaycan çempionatları tarixinin antirekordu təkrarlanıb. 1992-ci ildən keçirilən yarışda ən çox avtoqol 2014/15 mövsümündə yaşanmışdı. Həmin vaxt 17 avtoqol qeydə alınıb. Bu antirekord 8 ildən sonra təkrarlanıb.

Daha çox


Son xəbərlər
topaz banner