“Matça erkən qolla başladıq. Hesabı açdıqdan sonra daha 2-3 dəfə də fərqlənə bilərdik. Amma ikinci yarıya çox pis başladıq. Qapımızda qol gördük. Hesab bərabərləşdikdən sonra rəqib qapısı qarşısında real qol epizodu yarada bilmədik”.
Qol.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Misli Premyer Liqasının 34-cü turunda “Şamaxı” ilə heç-heçə etdikləri (1:1) görüşdən sonra mətbuat konfransında deyib.
Rumıniyalı mütəxəssis komandasının futboldan həzz almalı olduğunu bildirib: “Hazırda çətin vəziyyətdəyik. Problemin səbəbini öyrənməliyik. Düzdür, üçüncü yeri təmin etmişik və kubokda finala yüksəlmişik. Bu oyun bizim üçün daha asan olmalıdır. Çünki üzərimizdə təzyiq yoxdur, rahat futbol oynamalıyıq. Bu cür matçlardan istifadə edib, komanda olaraq özümüzdə güvən, rahatlıq yaratmalıyıq, rəqib qapısı önündə qol epizodlarına girməliyik, bir sözlə, futboldan həzz almalıyıq. Amma bu gün bunu görmədim. Xüsusən də ikinci hissədə. Görürəm ki, futbolçular ancaq nəticəni düşünürlər. Halbuki nəticəni yox, futbol oynamağı düşünməlidilər. Bu qədər top itkisi yolverilməzdir. Daha yaxşı oynamalıyıq. Bu problemləri özümüz yaratmışıq və bu vəziyyətdən çıxacağıq”.
O, komandasının təzyiqsiz oynamalı olduğunu vurğulayıb:“Təbii ki, qələbə qazana bilməməyimiz məni narahat edir. Bu gün birinci hissədə yaxşı oynasaq da, ikinci yarıda zəif təsir bağışladıq. Halbuki ikinci 45 dəqiqədə də birinci hissədəki oyunumuzu davam etdirməliydik. Topu daha tez ötürməli, rəqib qapısı önündə daha çox qol epizodu yaratmalıyıq. Təzyiqsiz oynamalıyıq”.
“Neftçi”nin çalışdırıcısı müdafiəçi Mərt Çəlikin çıxışından razı qaldığını qeyd edib: “Düşünürəm ki, Mərt Çelik bu gün yaxşı oynadı. Onu əvəzləmək istəmirdim. Amma ayağında ağrı olduğu üçün meydanı tərk etdi. Mərt meydanda olduğu müddətdə yaxşı çıxış etdi. Penalti epizoduna görə onu qınaya bilmərəm. Daha çox bəxtsizlik olduğunu düşünürəm. Ümumiyyətlə, bilmirəm, orada toxunuş var idi, ya yox, amma bu cür sürüşmə fəndi yerinə yetirməzlər. Ümumi götürdükdə, Mərtin oyunundan razı qaldım”.
Regekampf bugünkü maçtda cəmi 300-400 “Neftçi” azarkeşinin olmasına görə kimi günahkar hesab etməsi barədə sualı belə cavablandırıb: “Düşünmürəm ki, bu, mənim, oyunçuların, yaxud rəhbərliyin günahıdır. Biz hamımız bərabər işləyirik, hamımızın məqsədi də eynidir. Təbii ki, azarkeşlərin stadiona gəlməməsi bizi narazı salır. Bəli, azarkeşlərin önündə günahkarıq. Biz yaxşı oyunla fanatlarımızı stadiona geri qaytara bilərik. Qarşıdakı periodda futbolçular bu barədə düşünməlidilər. Çünki onların səviyyəsi bu tip matçlarda qələbə qazanmağa imkan verir. Bunun üçün ürəyini meydanda qoymaq kifayət edir”.
Rumıniyalı məşqçi azarkeşlərin komandadan üz döndərməsinin final matçında “Neftçi”yə mənfi təsir edəcəyini düşünmür: “Final görüşü bir qədər fərqli olur. Dediyim kimi, biz yenidən azarkeşləri tribunaya qaytara bilərik. Bu gün azarkeş sayı çox olmasa da, onlar bizi sona kimi dəstəklədilər. Oyundan sonra fanatlar bizə arxalarını çevirməklə haqlıdırlar. Çünki biz daha yaxşı oyun göstərməliyik”.
“Finalda uduzsanız, “Neftçi”dəki gələcək perspektivinizi necə görürsünüz” sualını Regekampf qısaca cavablandırıb: “Gəlin tələsməyək, əvvəlcə finalı oynayaq. Görəcəksiniz ki, biz finalda qalib gələcəyik”,
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi