“Neftçi” son 2 oyunda qələbə qazana bilməmişdi. Ona görə də bu matça nə qədər ciddi hazırlaşdıqlarını bilirdik. Biz isə bu mövsüm hər 3 görüşdə “Neftçi”yə uduzmuşduq. Ona görə də bu gün qalib gəlmək istəyirdik".
Qol.az xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Misli Premyer Liqasının 34-cü turunda bu gün "Şamaxı" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.
O, 1:1 hesabı ilə başa çatan matçı belə şərh edib: "Düzdür, yekunda qələbə qazana bilmədik. Amma komandamız baxımlı, əzmkar futbol nümayiş etdirdi. Buna görə futbolçulara təşəkkürümü bildirirəm. Son 2 turda bütün gücümüzü meydanda qoyub, inşallah Premyer Liqada qalacağıq”.
O, növbəti turda qarşılaşacaqları “Qəbələ” ilə matça çox ciddi hazırlaşacaqlarını söyləyib: “Bu mövsüm çempionat çox gərgin, maraqlı keçir. Hər klub xalının dəyərini bilir. “Qəbələ” ilə görüşə də hər matça olduğu kimi ciddi hazırlaşacağıq. Bəli, “Qəbələ” güclü rəqibdir, heyətlərində yaxşı futbolçuları var. Bizim üçün çox çətin oyun olacaq. Lakin əlimizdən gələni edəcəyik ki, uğurlu nəticə qazanaq”.
“Şamaxı”nın çalışdırıcısı mövsümdə ilk dəfə “Neftçi” ilə matçda qol vurmalarına da toxunub: “Neftçi” ilə oyunlarımız həmişə çətin keçir. Xüsusən də paytaxtdakı matçlar. Şamaxıda keçirdiyimiz hər iki oyunda üstün tərəf biz olmuşuq. Amma qol vura bilməmişdik. Bu gün də üstün idik. Futbolçular nəhayət ki, rəqib qapısına yol tapdılar. Məncə, penalti olmasaydı belə, qol vuracaqdıq. Çünki imkanlarımız var idi”.
Mütəxəssis növbəti mövsüm Premyer Liqada 12 komandanın mübarizə aparmasını istəyir: “Futbolun içində olan hər kəs Premyer Liqada komanda sayının çox olmasını istəyir. Daha əvvəl qeyd etdiyim kimi, bu, son illərin ən maraqlı çempionatıdır. Amma qaydaları da unutmaq olmaz. Qaydalara hörmətlə yanaşmalıyıq. Əgər qaydalar 10 komanda olmasını tələb edirsə, bununla razılaşmalıyıq. Ümumi götürdükdə isə təbii ki, 12 komandanın olmasını istərdim. Çünki bu, gənclərin daim meydanda olmaları, oynamaq üçün daha çox şans qazanmaları baxımdan fürsətdir. Bizim bu mövsüm heyətimizdə elə futbolçular var ki, bu ilə qədər kölgədə idilər, bir qədər unudulmuşdular. Amma bu gün iddialı klubların maraq dairəsindədirlər. Ona görə də Premyer Liqada 12 komandanın çıxış etməsini istərdim”.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi