“Qarabağ”dan “Qalatasaray”a cavab

“Qarabağ”dan “Qalatasaray”a cavab
ÖLKƏ FUTBOLU 14 May 2023 / 17:34 7563
-  A +

"Qarabağ" bu mövsüm Azərbaycan çempionu olması münasibəti ilə "Qalatasaray"ın ünvanladığı təbrikə reaksiya verib.

Qol.az xəbər verir ki, Ağdam təmsilçisinin rəsmi Tvitter hesabındakı paylaşımında "Təşəkkürlər "Qalatasaray", indi sıra sizdədir" qeyd edilib.

Qeyd edək ki, ötən gün "Qarabağ" Misli Premyer Liqasının 34-cü turunda "Səbail"ə qalib gəlməklə (3:0) sona 2 tur qalmış çempionluğu rəsmiləşdirib. Bu, Ağdam təmsilçisinin tarixində 10-cu çempionluqdur. Klub belə nəticə ilə Azərbaycan rekordu qırıb.

Xatırladaq ki, mart ayında "Qalatasaray" və "Qarabağ" arasında Bakıda xeyriyyə oyunu (2:1) keçirilmişdi. 

Daha çox


Son xəbərlər
topaz banner