“Bizi gərgin oyunun gözlədiyini bilirdik. Son turlar yaxaladığımız qələbə seriyasını davam etdirmək istəyirdik. Digər tərəfdən də bu mövsüm əvvəlki 3 oyunun heç birində "Qəbələ"yə qalib gələ bilməmişdik. Nəhayət bu gün istəyimizə çatdıq. Vacib 3 xal qazandıq. Bizi səfərdə dəstəksiz qoymayan azarkeşlərimizə təşəkkür edirəm”.
Qol.az xəbər verir ki, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 34-cü turunda “Qəbələ” üzərində səfərdə qazandıqları 2:1 hesablı qələbəni şərh edərkən deyib.
Mütəxəssis kubokda mübarizəni dayandırdıqdan sonra çempionatda ardıcıl qələbələr qazanmalarını belə şərh edib: “Bəli, kubokun stressi bizi çox sıxırdı. Bu məqam çempionatda bəzi matçlarda daha yaxşı çıxış etməyimizə mane olurdu. Həm də hər komandanın enişi də olur, yaxşı dövrü də olur. Bu gün görünən odur ki, düz yoldayıq. Komandama həmişə inanmışam. Ən çətin durumlarda xallar qazanmışıq”.
"Qəbələ"nin avrokuboklar yolunda əsas rəqibi olan "Zirə" sizi matçdan əvvəl stimullaşdırmamışdı?” sualını “Turan Tovuz”un çalışdırıcısı belə cavablandırıb: “Qətiyyən elə şey ola bilməz. "Zirə"yə qarşı da eyni güclə oynamışdıq. Bizim sponsorumuz var. Kiminsə bizi stimullaşdırmasına ehtiyac duymuruq”.
A.Abbasov Natan Oduvanın meydana çıxmasına da aydınlıq gətirib: “Dünən ağrıları var idi. Yüngül zədəsi var. Oyunun tempi elə idi ki, tam hazır olmayan futbolçunu buraxmaq istəmədik. Ona görə də Oduvuya bu gün şans vermədik”.
Mütəxəssis komandasının yenidən standart vəziyyətdən fərqlənməsi haqda bunları deyib: “Standart vəziyyətlər önəmlidir. Ötürməni verən futbolçudan da çox şey asılıdır. İlk hissədə futbolçulara bir qədər qəzəbləndim. Çünki yaxşı ötürmələr edə bilmədilər. Digər tərəfdən də Sadiq Quliyevin qol vurmasına çox sevindim. Onu yenidən futbola qazandırdıq. Əlbəttə ki, məşqlərdə bunun üzərində çalışırıq. Standart vəziyyətlər bizim üstünlüyümüzdür və bundan istifadə etmək istəyirik”.
Abbasov növbəti mövsümlə bağlı planlarından da söz açıb: “Hazırkı heyətimizi qorumaq, eləcə də yeni oyunçularla güclənmək Avrokuboklar sözü verə bilmərəm. Amma daha da yaxşı durumda olmaq istəyirik. İnkişaf etmək istəyiriksə, ən azı 3 il yaxşı mübarizə aparmalıyıq”.
A.Abbasov komandasının uğursuz çıxışı zamanı onu tənqid edənlərə cavab vermək istəməyib: “Cavab versəm, bu, mənim zəifliyim olar. Düz fikirləri həmişə qəbul etmişəm. Bu gün "Turan Tovuz"dan böyük nəticələr gözləyənlərlə razılaşmıram. Bunlar olmalı idi. Biz dostumuzla düşmənimizi tanımalıyıq”.
O, müdafiə futbolu oynatmadığını bildirib: “Mən heç vaxt avtobus qurmamışam. Bəziləri elə bilir ki, futbolu yaxşı bilir. Amma heç nə bilmirlər. Zəif oyunlarımız da çox olub. Bu da normal haldır. Həm də özümü kiməsə sübut etmək fikrim yoxdur. Komandanın topu, forması olmayanda heç kim gətirib bizə top vermədi”.
Sonda mütəxəssis "Qəbələ"nin qolundan sonra yaşanan gərginlikdən söz açıb: “İstəməzdik belə hal yaşansın. Çünki "Qəbələ"ni çox bəyənirəm. Amma rəqibin futbolçusunun jest etməsi bizi qıcıqlandırdı”
Turində triller! - Video
Baş məşqçiyə görə klubdan getməyə hazırlaşır
“Qarabağ” - “Sabah” oyununun hakimləri bilindi
Superliqanın ən məhsuldar transferləri bəlli oldu
"Tottenhem" İqor Tudorla sağollaşır?
"Everton" sabiq futbolçusunu geri qaytara bilər
PSJ-dən "Barselona"ya keçə bilər
"Öz oyun planımızı rəqibə qəbul etdirməliyik"
"Arsenal" azarkeşlərinin səfər xərclərini ödəyəcək
Rusiya millisi ilə oynamaqdan imtina etdilər
Xavi millinin baş məşqçisi ola bilər
UEFA "Benfika"nın şikayətini rədd etdi
"Şəfa"dan 8 qollu qələbə - Video
Premyer Liqa klubları cərimələndi
Misli Premyer Liqasında 18 oyunun vaxtı açıqlandı
Sabir Allahquliyevdən 150-ci oyunda 70-ci qol
Mövsümün matçına hazırsınız? - Video
Caner Erkin intizamsızlığına görə klubdan göndərildi
Azərbaycan millisi Moldovaya qalib gəldi
Azərbaycan idmançılarının Olimpiya medalları dəyişdirilir
"Şəfa"dan qol yağışı
Ançelotti Neymarı milliyə çağırmaqdan imtina etdi
Yerli oyunçularla ÇL-də 1/8 finala - Avropada şimal küləyi
Azərbaycan klubu ev oyunlarını bu stadionda keçirəcək
1-ci liqada 15 oyunun vaxtı məlum oldu
Gün gələcək, "Qarabağ" onları çırpacaq...
Türkiyə klubunun yeni baş məşqçisi açıqlandı
Azərbaycan cüdoçuları Avropa kubokunda
AFFA nümayəndələri UEFA-nın seminarında
"Bodo-Qlimt"in baş məşqçisi sensasiyadan danışdı
Azərbaycandan 4 klub o siyahıdadır - Son 5 ilin reytinqi
Azərbaycanlı Zidan erməniyə qalib gəldi
Bugünkü avrokubok oyunlarını yayımlayacaq kanallar
ÇL tarixində ilk - 6 ingilis klubu 1/8 finalda
Kamilo Duran bunu bacaran 2-ci kolumbiyalı oldu
"İmişli" kolumbiyalı futbolçu transfer etdi - Rəsmi
Azərbaycan çempionatında 250-ci avtoqol