“Neftçi” keçmiş hücumçusuna borcunu ödədi

“Neftçi” keçmiş hücumçusuna borcunu ödədi
ÖLKƏ FUTBOLU 12 May 2023 / 15:55 3864
-  A +

“Neftçi” sabiq hücumçusu Mirabdulla Abbasova olan borcunu tam ödəyib.

Qol.az xəbər verir ki, Oyunçuların Statusu və Transferi Komitəsi futbolçunun tələbinin təmin olunduğunu açıqlayıb.

“Qeyd edilib ki, 1 iyun 2021-ci il tarixli Mülki Hüquqi müqaviləyə xitam verilməsi haqqında” 2022-ci il sentyabrın 1-dəki razılaşmaya əsasən, iddiaçının tələb etdiyi 80 000 manat kompensasiya məbləğinin qalan 23 585,5 manatı “Neftçi” tərəfindən ödənilib.

"Neftçi”nin yetirməsi olan Mirabdulla Abbasov 2022-ci ilin sentyabrında “Səbail”ə keçib.

Daha çox


Son xəbərlər
topaz banner