Azərbaycan millisindəki karyerasını başa vuran "Qarabağ"ın futbolçusu Riçard Almeyda bununla bağlı fikirlərini bölüşüb.
Qol.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi şəxsi İnstaqram səhifəsindəki paylaşımında əvvəlcə yığmamıza gəlişini xatırlayıb:
“Azərbaycana - “Qarabağ”a 2012-ci ildə gəlmişəm. Bu ölkəni, onun insanlarını sevdim, tez uyğunlaşdım. İllər keçdi və millidə oynamaq imkanım oldu. Qurban Qurbanov söhbətində mənə dedi ki, “Əgər sən həqiqətən də bütün ürəyinlə millidə oynamaq istəyirsənsə, o zaman başqa amillərə fikir vermə. Qərarını sevgi ilə verməlisən“. Milli komandanı pula görə yox, bu ölkəni və xalqını sevdiyim üçün seçdim...
Düşünürəm ki, artıq vaxt yetişib. Çox fikirləşdikdən sonra bu qərarı verdim. Milli komanda ilə vidalaşmalı olduğum gün gəldi... 6 il milli formanı qürurla geyinmişəm, bu hekayənin hər səhifəsi mənim üçün özəldir, bu anları heç vaxt unutmayacağam və həmişə ürəyimdə saxlayacağam. Qurban Qurbanov, Robert Prosineçki, Nikola Yurçeviç, Canni De Byaziyə, eləcə də millinin digər məşqçilərinə əməkdaşlığa görə təşəkkür edirəm. Bu illər ərzində hər kəsdən çox şey öyrəndim. Bütün keçmiş və indiki komanda yoldaşlarıma milli komandada olan unudulmaz macəraya görə təşəkkür edirəm. Hər zaman millinin yanında olan azarkeşlərə təşəkkür edirəm! Biz həmişə sizin dəstəyinizi hiss edirik. Siz hər şeyin ən yaxşısına layiqsiz! Biz eniş və yoxuşları, qələbə və məğlubiyyətləri, xoşbəxtlik və kədəri birlikdə paylaşırıq! Ümid edirəm ki, bundan sonra da belə olacaq..."
2017-ci ildən millimizdə çıxış edən braziliyalı futbolçu bundan sonra diqqətini "Qarabağ"ın oyunlarına yönəldəcəyini bildirib: "Hörmətli azarkeşlər, mən milli oyunların həyəcanını daha meydanda yox, sizin sıralarınızda yaşayacağam. Hazırda bütün qüvvəmi məni sizlərdən birinə çevirən “Qarabağ”a sərf etmək istəyirəm. Növbəti oyunlarda milli komandaya uğurlar! İnanıram ki, komandamız daha yaxşı nəticələr qazanacaq və azarkeşləri sevindirəcək. Milli komandamızın çılğın azarkeşi olmağa davam edəcəyəm. Mən Azərbaycanı və bu ölkənin xalqını çox sevirəm. Sən həmişə mənim ürəyimdəsən. Mən səni sevirəm, Azərbaycan!”
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi