“Danışılası nəsə yoxdur. Həm öz, həm də oyunçuların adından azarkeşlərdən üzr istəyirəm”.
Qol.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Misli Premyer Liqasının 33-cü turunda “Turan Tovuz”a 0:4 hesabı ilə uduzduqları səfər oyundan sonra mətbuat konfransında deyib.
Rumıniyalı mütəxəssis bildirib ki, kubokda finala yüksəldikdən sonra komandası çempionata köklənməkdə problem yaşayır: “Kubokda finala yüksəldikdən sonra komandada konsentrasiya ilə bağlı problem var. Bu, "Qarabağ"la oyundan başlamışdı. Qarşıda üç oyunumuz var. Davranışımızı və düşüncə tərzimizi dəyişməliyik. Qələbə ruhunu komandaya yenidən qaytarmalıyıq”.
O, rəqibdən bu cür oyun gözlədiyini vurğulayıb: "Çünki kubokun yarımfinalında son 10 dəqiqədə oyunu əldən verdilər və biz finala çıxdıq. Həftəboyu oyunçularıma çatdırmaq istəyirdim ki, Tovuzda bizi asan oyun gözləmir. Mübarizə aparmaq lazımdır. Qarşıdakı çempionat oyunu üçün çox şeyi dəyişməliyik”.
“Neftçi”nin çalışdırıcısını “Turan Tovuz”un bu mövsüm ilk dəfə 4 qol vurmasına da toxunub: “Bizim səviyyədə olan komandada belə şey baş verməməldir. Çox asanlıqla qollar buraxdıq. Çox şeyi müzakirə edə bilərik. Ən vacib amil odur ki, bu forma ilə meydana daxil olursansa, davranışın fərqli olmalıdır, belə asanlıqla qollar buraxmalı deyilik”.
Regekampf nəticəyə görə utandığını qeyd edib: “Bəli, nəticəyə görə utanıram. Mən də komandanın üzvüyəm və hamımız üçün utancverici məğlubiyyətdir. Düşünmürəm ki, mən, rəhbərlik və futbolçular fərqliyik, hamımız bir komanda üçün mübarizə aparırıq. "Neftçi" kubokda finala çıxanda deməmişəm ki, mən etdim, həmişə biz deyirəm. Vicdanlı olmalıyıq. Qarşıda üç həftə əzmkar çalışmaq üçün vaxtımız var. Bu gün bütün tənqidləri qəbul etməli və günhamızı yumalıyıq. Üçüncü yerdəyik və futbolçular bilir ki, möveyimiz dəyişməyəcək. Ona görə də bayaq dediyim kimi, bu formanı geyinəndə başqa cür davranmalı, başqa cür düşünməlisən”.
Mütəxəssis tənqidləri etdiyini söyləyib: “Bilirəm ki, haqqımda tənqidlər yazacaqsız, bunu qəbul edirəm. Amma oyunçularımı da qorumalıyam. Çünki mövsümün sonunda final oynayacağıq. Hər birinə meydanda döyüşüb, kuboku qazanmaları üçün ehtiyacım olacaq. Bugünkü məğlubiyyəti təsadüf kimi qəbul edəcəm. Fanatlardan nəticəyə görə üzr istəyirəm. Əgər məni "vurmaq" istəyirsizsə, buyurun”.
Rumıiyalı məşqçi final fitindən sonra futbolçuları meydanın mərkəzinə yığmasına belə aydınlıq gətirib: “Oyundan qabaq da onlara demişdim ki, nələri etməsək, başımıza hansı hadisələr gələ bilər. Onlar da oldu. Fərid Yusifliyə ona görə əsəbiləşdim ki, lazımsız yerə sarı vərəqə aldı və cəzalı duruma düşdü. Kifayət qədər problemimiz var. Voyislav Stankoviç bir oyunu da buraxacaq, hər iki Azər zədəlidir. Ataa Caberin keçmiş formasını qaytarmalıyıq, Eddi İsrafilova daha çox oynamaq imkanı verməliyik. Oyunçularımla danışdım və dedim ki, ayılmalıyıq. Daha ciddi olmalıyıq, hələ tətilə çıxmamışıq. Bu, bizim, klubun adıdır. İmkan verə bilmərik ki, adımız belə ləkələnsin”.
O, kuboku qazanmağın “Neftçi” üçün çox vacib olduğunu qeyd edib: “Titul qazanmaq çox vacibdir. Oyunçuların səviyyəsini saxlamalıyam ki, onlar kuboku udmalı olduqlarını unutmasınlar. Çempion ola bilmədik, çox xallar itirdik. Qarşıdakı mövsüm üçün çox güclü olmalıyıq. Titulu qazanmaq şansımız varsa, niyə etməyək? Bizim üçün hazırda ən vacibi kuboku qazanmaqdır. Çünki artıq komanda Konfrans Liqasına vəsiqə qazanıb”.
Sonda mütəxəssis Tovuz stadionunun qazonunun süni olmasına da toxunub: “Burada məşq etmək istəmirdik. Onsuz da, oyunçularla bağlı kifayət qədər problem var. İstəmirəm ki, bu söhbət nəyinsə üstünü örtmüş kimi görünsün. Deməsinlər ki, hər dəfə oyundan sonra meydan amilini qabardırlar. Amma reallıq budur ki, üst pillələrdə olan komandalar üçün bu cür meydanda çıxış etmək çətindir. Oyunçular 100 faizini meydanda qoya bilmir. "Turan Tovuz" futbolçuları heç bir epizodda çəkinmirdi, döyüşürdü. Onlar ən yaxşısını etməyə çalışırdı. Rəqibi təbrik edirəm. Amma bizim kimi komandalar üçün bu cür meydanda oynamaq çətinlik yaradır. Lakin bu, hesabın üzrxahlığı deyil”.
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı
FİFA futbola məcburi 1 yerli gənc oyunçu limiti gətirir
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
Kompani PSJ ilə oyun və şansları haqda
Keyn Cerrardın rekordunu qırdı
Azərbaycanı "Böyük Dəbilqə"də kimlər təmsil edəcək?
"Atletiko" - "Arsenal" oyununu yayımlayacaq kanallar
Hacı Əliyevin ad günündə kimlər var idi? - Video