“Qapımızda erkən qol görməyimiz komandaya bir qədər pis təsir etdi, oyun ritmimiz pozuldu. Amma ümumi götürdükdə futbolçularımdan ciddi narazılığım yoxdur”.
Qol.az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Misli Premyer Liqasının 33-cü turunda “Sabah”a qarşı keçirilən matç (0:3) barədə danışarkən deyib.
Mütəxəssis bildirib ki, komandası ikinci hissədə yaratdığı qol epizodlarını dəyərləndirə bilsəydi, matçın sonluğu fərqli olardı: “İkinci hissədə yaratdığımız qol epizodlarını dəyərləndirə bilsəydik, fərqli oyun görə bilərdik. Hətta sonradan mənə deyildi ki, bir epizodda top qapı xəttini keçmişdi. Hər halda fərqi azaltsaydıq, matçın sonluğu daha gərgin alınardı. “Şamaxı” ilə görüşdə hiss eləmişdim ki, komanda yorğunluq fonunda oynayır və geri gedir. Amma bu gün futbolçular sağ olsunlar ki, bu vəziyyətdə məğlub olmağımıza baxmayaraq, baxımlı futbol oynadılar. “Sabah”dan çəkinmirdik, rahat hücumlar qururduq, topa nəzarət edirdik. Rəqibin gücünü də nəzərə almaq lazımdır, hələ çempionluğa şansları var. Məni məyus edən Gəncədən bizi dəstəkləməyə gələn fanatların məyus olmasıdır. Qarşıdakı 3 oyunda bizə heç olmasa 3 xal lazımdır ki, yerimizi təmin edək”.
“Kəpəz”in baş məşqçisi ev oyunlarını Qəbələdə keçirməyin komandanın çıxışına təsir etdiyini vurğulayıb: “Meydan amilinin komandaya təsiri həddindən artıq böyükdür. Təsəvvür edin ki, Gəncədən “Turan Tovuz”la oyun üçün Qəbələyə gəldik. Sonra yenidən Gəncəyə yollandıq, ordan isə Şamaxı səfərinə getdik. Daha sonra Şamaxıdan yenidən Gəncəyə gəldik, indi isə “Sabah”la matç üçün yenidən Qəbələyə gəlmişik. Bütün bunlar isə yorğunluğa gətirib çıxarır”.
T.Əhmədov yol yorğunluğunun özünü komandasının oyununda büruzə verdiyini vurğulayıb: “Ötən tur “Şamaxı” ilə görüşdə hiss edirdim ki, komanda yol yorğunudur. Bu haqda məlumat vermişdim ki, hazırkı durum bizə böyük çətinlik yaradacaq. Yenə daha əvvəl dediyim fikirləri təkrarlamaq istəmirəm, amma bilirsiz ki, şəraitimiz ideal deyil. Bütün bu yorğunluğun fonunda komandanın istirahət üçün lazımi şəraiti yoxdur. Gəncədə oynayanda heç olmasa bilirdik ki, avtobusla gedib-gəlmirik. İndi bu gün yenə Gəncəyə qayıdacağıq. Gələn tur paytaxtda oynayırıq. 5 saat avtobusla məsafə qət edəcəyik. Daha sonra yenidən Gəncəyə geri dönüb, ardınca da “Neftçi” ilə matç üçün Qəbələyə gələcəyik. Onsuz da biz idmançıların həyatı təkər üstündədir, təyyarə, avtobus, maşın... Bir sözlə, Gəncədə oynamamağımız komandaya mənfi təsir edir. Azarkeşlərin dəstəyini hiss etmirik, Gəncədəki atmosfer yoxdur. Təsəvvür edin ki, özüm bu qədər yorulmuşamsa, futbolçular məndən 10 dəfə artıq yorulublar. Yol yorğunluğu artıq komandanın oyununda özünü büruzə verir. Təəssüf ki, bunu aradan qaldırmaq üçün nəsə edə bilmirik".
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi