AFFA İntizam Komitəsi növbəti iclasını keçirib.
Qol.az xəbər verir ki, Azərbaycan kubokunun yarımfinalının cavab və Misli Premyer Liqasının 32-cu turundakı matçlardakı qayda pozuntuları barədə qərarlar verilib.
Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Neftçi” – “Turan Tovuz” oyununda meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 1600 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya və dəhlizə “A Buraxılışı” olmayan şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilib. Qarşılaşmada “Turan Tovuz” futbolçularının ünvanına “Neftçi” azarkeşləri tərəfindən kütləvi şəkildə qeyri-etik ifadələr işlədildiyinə görə “Neftçi” klubu 4000 manat cərimə edilib.
Matçın 90+8-ci dəqiqəsində “Neftçi” klubunun tərcüməçisi Vüqar Əliyev qonaq komandanın rəsmi şəxslərinə qarşı qeyri-etik ifadə və hərəkətlər etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün Azərbaycan kubokunda 5 oyun cəzalanıb, klubu 4000 manat cərimə edilib.
Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Səbail” – “Qəbələ” oyununda “Səbail” klubunun futbolçusu Vüqar Həsənov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klub 200 manat cərimə edilib. “Səbail” klubunun futbolçusu Qustavo de Fransa ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klub 200 manat cərimə edilib. "Səbail”in futbolçusu Adil Nağıyev ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klub 200 manat cərimə edilib. “Səbail”in 3 futbolçusu qırmızı vərəqə aldığına görə klub 4800 manat cərimə edilib.
Görüş bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Səbail” klubu 1600 manat cərimə edilib. Matçın rəsmi şəxslərinin ünvanına “Səbail” azarkeşləri tərəfindən kütləvi şəkildə qeyri-etik ifadələr işlədildiyinə görə klub 4000 manat cərimə edilib.
Oyun bitdikdən sonra “Qəbələ” azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə “Qəbələ” klubu 800 manat cərimə edilib. “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Qəbələ” klubu 800 manat cərimə edilib.
Misli Premyer Liqasının XXXII turunun “Kəpəz” – “Sumqayıt” oyununda rəqib futbolçuların ünvanına “Kəpəz” azarkeşləri tərəfindən kütləvi şəkildə qeyri-etik ifadələrin işlədilməsinə görə “Kəpəz” klubu 4000 manat cərimə edilib. “Kəpəz” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə klub 1600 manat cərimə edilib.
“Sabah” – “Şamaxı” oyununda “Sabah” klubunun baş məşqçisi Murad Musayev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klub 800 manat cərimə edilib. Oyun bitdikdən sonra “Sabah” klubunun məşqçisi Vitali Kovalyov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə edilib. Meydançaya kənar əşya atıldığına görə “Sabah” klubu 1600 manat cərimə edilib.
“Zirə” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilib.
“Neftçi” – “Qarabağ” oyununda “Neftçi” klubunun futbolçusu Voyislav Stankoviç təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimə edilib. “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya yad əşya atıldığına görə “Neftçi” klubu 1600 manat cərimə edilib.
"Neftçi” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə rəqib futbolçuların ünvanına qeyri-etik ifadələr işlədildiyinə görə “klub 4000 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Neftçi” klubu 1600 manat cərimə edilib. “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya yad əşya atıldığına görə “Qarabağ” klubu 1600 manat cərimə edilib. “Qarabağ” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə rəqib futbolçuların ünvanına qeyri-etik ifadələr işlədildiyinə görə “Qarabağ” klubu 4000 manat cərimə edilib.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi