“Bizim üçün önəmli oyun idi. Kubokdakı məğlubiyyətdən sonra futbolçuları bu oyuna kökləmək çətin idi. Çünki qışdan bu yana kuboka daha çox köklənmişdik. Bir az stresdəydik. Final oynamağı çox istəyirdik. Sevindirici haldır ki, qısa vaxtda futbolçular bugünkü matça motivasiya ola bildilər”.
Qol.az xəbər verir ki, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 32-ci turunda “Zirə”ni 3:1 hesabı ilə məğlub etdikləri matçdan sonra deyib.
Abbasov cari mövsüm əvvəlki 3 oyunun hamısında “Zirə”yə uduzduqlarını xatırladıb: “Gərgin qarşılaşma alındı. Buna qədər hər 3 oyunda “Zirə”yə uduzmuşduq. Zirə səfəri çətin olsa da, bu gün qalib gəlməyi çox istəyirdik. Maraqlı, dinamik matç alındı. Əsas odur ki, oyundan qopmadıq. Futbolçularımız standart vəziyyətləri yaxşı dəyərləndirdilər. Komandamızı təbrik edirəm”.
Mütəxəssis qazanılan qələbəni klub rəhbərliyinə həsr edib: “Həm turnir cədvəlindəki yerimizi qorumaq, həm də Premyer Liqada qalmaq üçün vacib qələbə idi. Qarşıdakı 4 oyun bizim gələcəyimiz üçün vacibdir. Sona qədər altıncı pillədəki mövqeyimizi qorumaq üçün əlimizdən gələni edəcəyik. Azarkeşlərimizi təbrik edirəm. Rəhbərliyə təşəkkür edirəm ki, son 1 həftədə komandanın arxasında durdular, motivasiya etdilər. Məncə, bu qələbəni onlara həsr etmək olar”.
“Kubokda “Neftçi”yə qarşı da belə oyun sərgiləsəniz, yaxşı olmazdı”mı sualını A.Abbasov belə cavablandırıb: “Gəlin, kubokla çempionatı bir-birinə qatmayaq. Çünki “Neftçi” ilə səfər oyununa necə hazırlaşdığımızı heç kim bilmir. Bilirəm ki, bəziləri bizi qınayır. Buna normal yanaşıram. Oyundan sonra müzakirələr olmalıdır. “Neftçi” ilə oyunda 70-ci dəqiqəyə kimi hər şey yaxşı gedirdi, hücuma da çıxırdıq. Hücumda çoxala bilməməyimizin səbəbi rəqib idi. Lakin 70-ci dəqiqədən sonra oyunun stressi öz sözünü dedi, futbolçularımız o yükü daşıya bilmədilər. Bəzi mütəxəssilərin fikirləri mənə ağır gəlir. Çünki həmin mütəxəssislər “Turan Tovuz”dan güclü komandalarda işləyiblər, amma hücum futbolunu görməmişik. Üstəlik, həmin komandaları 1 dəstəyə salıblar. Bu gün oyun qurtarandan sonra rahat şəkildə “mən olsaydım hücum futbolu oynadardım” demək... Bir qədər bu fikirlər adama təsir edir. Qalan hər kəsin fikrinə normal yanaşıram. Bəli, razıyam ki, “Neftçi”yə qarşı belə oynasaydıq, turu keçərdik. Deməli, belə oynamaq üçün çalışmaq lazımdır”.
Mütəxəssis bəzi futbolçuların “Neftçi” ilə oyundan öncə pul söhbətləri etmələrinə görə vacib matçda uduzmaları barədə deyilənlərlə razılaşmayıb: “Futbolçuların mənimlə, yaxud rəhbərliklə maaş söhbəti etmələri haqda deyilənlər həqiqəti əks etdirmir. Bu gün futbolçuların üzərinə çox da gedə bilmərəm. Çünki bu futbolçular klubun büdcəsi bilinməyəndə, sponsor olmayanda “Turan Tovuz”a gəliblər. Şükür Allaha, bu gün klubun hər şeyi varsa, heç bir narazılıq ola bilməz. Bəli, bəzi futbolçularla yeni mövsüm barədə danışığımız olub, razılaşmışıq. Bəziləri gözləmə mövqeyindədir. Bu da normaldır. Eyni hal “Neftçi”də də yaşanır, “Qarabağ”da da. Heç bir futbolçu ilə pul söhbətimiz olmayıb”.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi