“İlk növbədə “Qəbələ”ni təbrik edirəm. Komandama gəldikdə isə, ilk 45 dəqiqə bacardığımızın heç 15 faizini ortaya qoya bilmədik. Sanki qorxaraq meydana çıxmışdıq. Komanda istədiyimə yaxın futbol oynaya bilmədi”.
Qol.az xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 32-ci turunda “Qəbələ”yə 2:4 hesabı ilə uduzduqları oyundan sonra deyib.
Mütəxəssis matçın axarını dəyişmək üçün erkən əvəzetmələrə əl atdığını bildirib: “Gedişatı dəyişmək üçün erkən dəyişiklilərə getdik. Artıq 65-ci dəqiqədə 5 əvəzetmənin hamısından yararlanmışdıq. Əvəzetmələrlə matçın gedişatını dəyişə bildik. 3:2-dən sonra da hücumlarımız davam edirdi. 2:3 və ya 2:4 uduzmağın ciddi fərqi olmadığı üçün müdafiəçilərimiz belə irəli atılmışdılar. Yenilgiyə baxmayaraq, komandama təşəkkürümü bildirmək istəyirəm. Çünki 2-ci hissədə xarakter nümayiş etdirdik. “Qəbələ” kimi güclü rəqiblə oyunda 0:3 hesabı ilə geri düşsək də, matçdan qopmadıq. Təbii ki, 3-cü qolu vursaydıq, daha yaxşı olardı. İlk hissədə göstərdiyimiz bərbad oyun bu gün heç olmasa, 1 xal qazanmağımıza imkan vermədi”.
Diniyev fasilədə futbolçulara hansı tapşırıqları verməsi barədə sualı belə cavablandırıb: “Futbolçulara emosional şəkildə fikirlərimi çatdırdım. Bildirdim ki, “Qəbələ” bizimlə sanki uşaq futbolu oynayır, meydanda nə istəyirsə, onu da edir. Futbolda uduzmaq olar. Amma heç olmasa, meydanda mübarizə aparmaq lazımdır. Bir sözlə, futbolçularla çox sərt formada danışığım oldu, sonra isə onları tək buraxdım”.
“Səbail”in çalışdırıcısı kubok da daxil olmaqla 13 gün ərzində “Qəbələ”yə 3 dəfə uduzmalarına belə münasibət bildirib: “Kubok tamam başqadır. Həm də bizim heyətimiz o qədər geniş deyil. 17 gün ərzində 5 oyun keçirdik. Üç gündən bir meydana çıxdığımıza görə, bilirdim ki, ehtiyat qüvvəmiz çatmayacaq. Ötən matçda heyətdə 9, bu dəfə isə 6 yeni futbolçu var idi. Həmin 9 nəfər “Neftçi” ilə görüşdə hazırlıqlı idi və yaxşı çıxış etdik. Futbolçulardan müdafiədən hücuma sürətli keçidi tələb etsəm də, bunu meydanda görə bilmədim”.
Təcrübəli mütəxəssis bugünkü matçın ilk hissəsində komandasını tanıya bilmədiyini söyləyib: “Halbuki əvvəlki oyunlarda futbolçular belə deyildilər. Motivasiya baxımından problem olduğunu düşünmürəm. Çünk elə vəziyyətdəyik ki, nəsə deməyə heç ehtiyac da yoxdur. Hazırda hər matç bizim üçün axırıncı oyundur. Futbolçulara hər şey deyilmişdi. Ola bilər ki, futbol alınmasın. Amma mübarizə də yox idi. Məni ən çox məyus edən budur. Oyun alınmırsa, heç olmasa, vuruşmaq lazımdır. 2-ci hissədə komanda gücünü göstərdi. Oyuna belə başlasaydıq, yəqin ki, nəticə fərqli olardı”.
O, Elmir Tağıyevin ilk hissədə əvəzlənməsinin səbəbini belə izah edib: “Mərkəzdə oyunu rəqibə uduzurduq. Dediyim kimi, "Qəbələ" sanki uşaqlarla oynayırdı. Ona görə erkən dəyişikliyə getdik. Elmir yaxşı futbolçudur, amma bu gün oyunu alınmadı. Üstəlik, sarı vərəqəsi də var idi. Bunu nəzərə alıb onu əvəzlədim”.
Elmir Tağıyev oyundan çıxarkən Şahin Diniyevlə görüşmədi. Baş məşqçi bu məsələyə də toxunub: “İndiyə qədər məndən yalan eşitməmisiniz. İndi də necə var, elə də deyəcəyəm. Futbolçu emosiolarda idi. Mən adətən oyundan çıxan futbolçularla görüşürəm. Amma Elmirin durumunu nəzərə alıb görə ona yaxın getmədim. Onu tək buraxdım. Belə anlarda futbolçunun özünə gəlməsi üçün müəyyən qədər zaman ehtiyac olur. Yəni mən onunla görüşmədim, o mənimlə yox”.
Mütəxəssis komandasının üzvü Kizitonun hazırlıq səviyyəsinə də toxunub: “Kizito zədədən sonra bir az geriləyib. Neçə dəfə şans vermişəm, amma özünü göstərə bilməyib. Məşqlərdə də görürdüm ki, Mirabdulla hazırda ondan daha yaxşı formadadır. Bu səbəbdən də 2-ci hissədə Kizitoya deyil, Mirabdullaya şans verdim”.
Çalışdırıcı sonuncu pillənin sahibinin çempionatın axırıncı - 36-cı turunda baş tutacaq “Səbail” - “Şamaxı” görüşündə müəyyənləşməsi ehtimalından da söz açıb: “Mən istəmirəm ki, hər şey son tura qalsın. Qarşıdakı 3 oyundan maksimum yararlanmağa çalışacağıq. Həmin görüşlərdə qələbə qazana bilərik. Son tur adətən lotoreyadır. Hər iki komanda basqı aldında olacaq. Meydanda futbol yox, mübarizə gedəcək. Ona görə də, hər şeyi son tura saxlamaq olmaz”.
Mütəxəssis "CBC Sport"a müsahibəsində VAR-a inanmaması haqda fikir səsləndirməsi barədə deyib: “Əvvəllər hakimlərin qərəzli olduqlarını düşünmürdüm. Amma son vaxtlar gördüklərim belə düşünməyimə səbəb olur. Hakim VAR-a gedəndə bilirdim ki, penalti verməyəcək. Əks qapıda olsaydı, penalti təyin edərdi. Çox yorulmuşam. Ona görə də hakimlikdən danışmaq istəmirəm”.
Turində triller! - Video
Baş məşqçiyə görə klubdan getməyə hazırlaşır
“Qarabağ” - “Sabah” oyununun hakimləri bilindi
Superliqanın ən məhsuldar transferləri bəlli oldu
"Tottenhem" İqor Tudorla sağollaşır?
"Everton" sabiq futbolçusunu geri qaytara bilər
PSJ-dən "Barselona"ya keçə bilər
"Öz oyun planımızı rəqibə qəbul etdirməliyik"
"Arsenal" azarkeşlərinin səfər xərclərini ödəyəcək
Rusiya millisi ilə oynamaqdan imtina etdilər
Xavi millinin baş məşqçisi ola bilər
UEFA "Benfika"nın şikayətini rədd etdi
"Şəfa"dan 8 qollu qələbə - Video
Premyer Liqa klubları cərimələndi
Misli Premyer Liqasında 18 oyunun vaxtı açıqlandı
Sabir Allahquliyevdən 150-ci oyunda 70-ci qol
Mövsümün matçına hazırsınız? - Video
Caner Erkin intizamsızlığına görə klubdan göndərildi
Azərbaycan millisi Moldovaya qalib gəldi
Azərbaycan idmançılarının Olimpiya medalları dəyişdirilir
"Şəfa"dan qol yağışı
Ançelotti Neymarı milliyə çağırmaqdan imtina etdi
Yerli oyunçularla ÇL-də 1/8 finala - Avropada şimal küləyi
Azərbaycan klubu ev oyunlarını bu stadionda keçirəcək
1-ci liqada 15 oyunun vaxtı məlum oldu
Gün gələcək, "Qarabağ" onları çırpacaq...
Türkiyə klubunun yeni baş məşqçisi açıqlandı
Azərbaycan cüdoçuları Avropa kubokunda