Yunanıstanın “Aris” klubu azərbaycanlı FIFA referisi Əliyar Ağayevin Superliqanın 33-cü turunda PAOK-la keçirilən oyundakı idarəçiliyindən narazı qalıb.
Qol.az xəbər verir ki, Saloniki təmsilçisi bununla bağlı bəyanat yayıb.
Bəyanatda bildirilir: “Eyni şeyi deməkdən bezmişik. Azərbaycandan gələn hakimlə hansı konsolidasiyadan danışa bilərik? “Tumba” stadionunda daha bir gözəl “layihə” gördük. Ağayev 30-cu dəqiqədə penaltimizi görmədi və 30-cu dəqiqədə rəqibin müdafiəçisinə qırmızı vərəqə göstərmədi. Qəribə orasıdır ki, hətta VAR-da oturan həmyerlisi də bu barədə ona heç nə demədi. Bu, açıq-aşkar saxtakarlıqdır. 30-cu dəqiqədə rəqibin qapısına təyin edilən penalti və futbolçusuna göstərilən qırmızı vərəqə oyununun tarazlığını dəyişəcəkdi”.
Oyun epizodları ilə bağlı müzakirələr hakimlərə qadağan edildiyindən Əliyar Ağayevin məsələ ilə bağlı fikirlərini öyrənə bilmədik.
Xatırladaq ki, Əliyar Ağayev PAOK-un futbolçularına 5 sarı, “Aris”in oyunçularına isə 2 sarı, 1 qırmızı vərəqə göstərib. “Aris”in qapısına təyin edilən penalti qolla əticələnib. Görüş PAOK-un 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı