Ağır zədə alan Kadinin son halı - Video

Ağır zədə alan Kadinin son halı - Video
ÖLKƏ FUTBOLU 30 Aprel 2023 / 14:00 5091
-  A +

Bir neçə gün əvvəl ağır zədə alan "Krasnodar"ın futbolçusu Kadi Borges xəstəxanadan evə buraxılıb.

Qol.az xəbər verir ki, "Qarabağ"ın sabiq futbolçusu ötən gün komandasının "Ural"la oyununu tribunadan izləyib. Azarkeşlər braziliyalı futbolçunu isti qarşılayıblar.

Qeyd edək ki, "Spartak"la oyunda rəqiblə toqquşaraq huşunu itirən Kadi tezliklə əməliyyat olunacaq. Beyni silkələnən futbolçunun üz sümüyü də qırılıb. O, bu mövsüm meydana çıxa bilməyəcək.

Daha çox


Son xəbərlər
topaz banner