"Sabah" haqda çox şey danışmaq olar. Əla komandadır. Turnir cədvəlinin fərqli mövqelərində olsaq da, onlarla matçlarımız həmişə dinamik və maraqlı keçib”.
Qol.az xəbər verir ki, bu sözləri “Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli Misli Premyer Liqasının 32-ci turunda “Sabah”a 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.
O, komandasının yenilgisini belə şərh edib: “Komandamız dinamik və maraqlı oyun sərgilədi, layiqli mübarizə apardıq, rəqibdən çəkinmədik. Təəssüf ki, ilk dəqiqələrdən həyəcan var idi və bunu boğa bilmədik. Amma qoldan sonra toparlandıq və daha yaxşı "Şamaxı" gördük. Məğlubiyyətə xal verilmir. Amma bu cür gözəl oyun və mübarizə gələcəyə ümid verir ki, Premyer Liqadakı yerimizi qoruyub-saxlaya bilərik”.
V.Əsgərli rəqib həmkarının cavabını verib: “Murad Musayev hər dəfə mətbaut konfransında qeyd edir ki, "Şamaxı"nın oyunçuları vaxt aparır, yerə yıxılırlar. Bu gün əksini gördük. Sevindirici deyil. Halbuki əllərində bu cür möhtəşəm futbolçular var. Amma "Şamaxı" gənclərdən formalaşıb. İstəyərdik ki, bizə qarşı belə hərəkətlər etməsinlər. Hakim haqda biz də çox şey danışa bilərik, amma danışmırıq. Çünki hakim də insandır, səhv edə bilər. Bugünkü hakimlik möhtəşəm idi, əla oyun apardılar. Ancaq oyuna üç dəqiqə əlavə etdilər. Halbuki "Sabah"ın bəzi oyunçuları özünü yerə atmaqla vaxt uzadırdı. Autlarda topu götürmək istəmirdilər. Amma "Sabah"a gələcəkdə uğurlar arzu edirəm”.
“Şamaxı”nın çalışdırıcısı Amil Yunanovun start heyətində yer almamasından söz açıb: “Son zamanlar Amil start heyətində yer alırdı. Düzdü, bəzən ikinci hissədə onu dəyişirdik. Amma bu da rəqibdən asılıdır. Qarşıda oyunlarımız var və Yunanov da 90 dəqiqə meydanda olacaq”.
Əsgərli hakimliklə bağlı narazılığının olmadığını söyləyib: “Bir futbolçu meydanda minlərlə səhv edirsə, hakim də robot deyil ki, insandır da. Ona görə də, hakimliklə bağlı heç bir etirazımız yoxdur. Sadəcə 3 dəqiqə artırmalı deyildi. Bir az çox olmalı idi”.
O, Premyer Liqada qalacaqlarına inandığını bildirib: “Belə durumlara çox düşmüşük. Futbolçularımız əzmkarlıq, intizam göstərərək uğursuzluq zolağından çıxmışıq. Sona 4 tur qalsa da, mübarizə aparacaq və Premyer Liqada qalacağıq”.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi