“Birinci hissədə əla, Avropa futbolu nümayiş etdirdik. Hücumlarımız çox oldu, əla qol vurduq. Yaxşı pressinq edirdik, eləcə də müdafiə olunurduq. Təəssüf ki, ikinci hissədə bunun davamını gətirə bilmədik. Fasilədən sonra meydanda bərabər oyun getdi. Düzdür, rəqibin qol epizodu yox idi, üstünlük yenə də bizdə idi. Çox şadam ki, vacib qələbə qazandıq”.
Qol.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Murad Musayev Misli Premyer Liqasının 32-ci turunda “Şamaxı”nı 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra deyib.
Rusiyalı mütəxəssis komandasının 2-ci hissədə zəif təsir bağışlamasının səbəbini bilmədiyini söyləyib: “Bunun nə ilə əlaqədar olduğunu bilmirəm. Yəqin ki, emosiyasız şəkildə oyunu təhlil etdikdən sonra bu suala daha dəqiq cavab vermək olar. Bəlkə də futbolçular rahatlaşdılar, artıq matçın taleyinin həll olunduğunu düşündülər. Rəqib son vaxtlar çox yaxşı oynayır, inkişaf edir. Bunları da nəzərə almaq lazımdır”.
“Sabah”ın çalışdırıcısı növbəti dəfə hakimlərlə problem yaşaması, aqressiv olması barədə sualı da aqressiv cavablandırıb: “Həmin anda yanımda idiniz? Baxın, görün hakimlər nə edir. Azərbaycanda hakimliklə bağlı böyük problem var. Heç kim bundan danışmır. Bizi sadəcə "öldürdülər". Hakim 90 dəqiqə ərzində bütün cərimələri bizim əlehimizə verdi. Siz sadəcə mənim qırmızı vərəqəmi görürsüz. Narazılıq bildirən kimi, dərhal vərəqə göstərirlər. Heç olmasa, hakimin fitlə nə etdiyinə baxın. Çempionatda hakimin "Sabah"ın xeyrinə olan bir səhvini mənə deyin. Birini də deyə bilməzsiniz. Daim anlaşılmaz qərarlar verirlər, anlaşılmaz şeylər baş verir. Amma daim hamı qırmızı vərəqəni müzakirə edir”.
Musayev futbolçularına qarşı aqressiv olması ilə bağlı sualında cavabında deyib: “Mənim oyunçularımdır da, nə problem var ki burada? Necə lazımdırsa, onlarla danışa bilərəm. Evdə də xanımım və uşaqlarla da sərt danışa bilərəm. Onu da müzakirə edək?”
O, növbəti dəfə çempionluq barədə düşünmədiklərini bildrib: “Qarabağ”la xal fərq azalsa da, çempionluq hədəfimiz yoxdur. Məqsəd avrokuboklara düşməkdir. "Qarabağ"ın uğursuzluqları hansıdır? 50 oyundan birində uduzurlar. Məğlubiyyətsizlik var. 4 oyunumuz qalıb, onları udmaq istəyirik. "Qarabağ" fantastik şəkildə xallar toplayır. Bizim hədəfimiz avrokuboklara düşməkdir. 2-ci yeri tutmaq istəyirik. Birinci yeri tutmaq bizdən asılı deyil. "Qarabağ"la 7 xallıq fərqimiz var”.
Musayev ölkə kubokunun finalında "Neftçi" və "Qəbələ"nin olmasına belə münasibət bildirib: "Sabah"ın finalda olacağını gözləyirdim. Amma alınmadı”.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi