Azərbaycanlı futbolçular Latviyada növbəti oyuna çıxdılar

Azərbaycanlı futbolçular Latviyada növbəti oyuna çıxdılar
ÖLKƏ FUTBOLU 29 Aprel 2023 / 17:10 1478
-  A +

Latviya çempionatında 9-cu turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, azərbaycanlı futbolçular Ramin Nəsirli və Nazim Həsənzadənin komandası “Dauqavpils” evdə “Auda” ilə qarşılaşıb. Futbolçularımızın komandası 0:2 hesabı ilə uduzub.

Ramin 90 dəqiqə meydanda olub. Nazim isə 72-ci dəqiqədə meydana buraxılıb.

“Dauqavpils hazırda 5 xalla 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

Xatırladaq ki, müqavilə ilə müvafiq olaraq “Neftçi” və “Turan Tovuz”a məxsus olan Raminlə Nazim “Dauqavpils”də icarə əsasında oynayırlar.

 


Son xəbərlər
topaz banner