"Hər iki oyunda üstün tərəf biz idik. Yaxşı oynadıq, finala çıxdıq. Bu, çox xoşdur".
Bu sözləri Qol.az saytına açıqlamasında "Qəbələ"nin kapitanı Asif Məmmədov deyib.
35 yaşlı yarımmüdafiəçi əvvəlcə Azərbaycan kubokunun yarımfinalında "Səbail"ə qalib gələrək (evdə 3:2, səfərdə 1:0) finala adlamaları barədə danışıb: "Sevinirəm ki, komandamız finaldadır. İnşallah, layiqli mübarizə aparıb qalib gələrik".
Məmmədov komandasının ümumi oyun keyfiyyəti haqda da fikirlərini bildirib. O, bunları deyib: "Biz əvvəlki oyunlarda da pis mübarizə aparmırdıq. Qol vurduğumuz oyunda uda bilmirdik. Amma son matçlarda qol buraxsaq da, sonradan qalib gəldik. 2 top geridə olduğumuz oyunları uduruq. Məncə, bu, xoş bir siqnaldır. Öz aramızda da müzakirə edirdik ki, niyə belə olur, bəlkə, çox arxayınlaşırıq. Çempionatın sonuna yaxınlaşırıq. Mövsümün əvvəlində o səhvləri edirdik. Bəlkə də fikirləşirdik ki, hələ qarşıda oyunlar var. Amma indi məsuliyyətimiz birə-beş artıb".
Futbolçu qeyd edib ki, ölkə kubokunda final oynamazdan əvvəl Premyer Liqada 4-cü yeri tutmaq istəyirlər: "Azərbayan kubokunun finalından əvvəl 4-cü yeri tutub sonra final oynasaq, məncə komandamız daha rahat olacaq. Çünki 4-cü yeri tutsaq, "Neftçi" də finaldadır deyə avrokuboklara vəsiqəni rəsmiləşdirəcəyik. Bundan sonra kuboku qazansaq da, olar, qazanmasaq da. Çünki mövsümün əvvəlindən qarşımıza qoyulan məqsəd avrokuboklara vəsiqə əldə etməkdir. Amma ölkə kubokunu da qazanmaq istəyirik. Buna çox yaxınıq. Titul məsələsi var də. Biri var deyək ki, "Qəbələ" Azərbaycan kubokunun qalibidir, biri də var avrokubokların iştirakçısıdır".
A.Məmmədov finaldakı rəqibləri "Neftçi" haqqında da danışıb: "Məncə, "Neftçi" haqqında çox danışmağın mənası yoxdur. "Neftçi"Azərbaycandakı 2-3 ən yaxşı klubdan biridir. Ona görə də bizi çətin oyun gözləyir. "Neftçi"yə rəqib olmağımızın xüsusi marağı var. Həm də daha da məsuliyyətli olarıq ki, "Neftçi"yə qarşı oynayırıq. Fikrimcə, bu mövsüm nisbətən aşağı pillələrdəki komandalara qarşı bir az zəif, liderlərə qarşı isə dah yaxşı oynayırıq. Bu mənada rəqibimizin "Neftçi olması pis deyil. Kubokun finalı çempionat matçı kimi deyil. Finalda hər şey ola bilər. Buna görə də bizi çətin və maraqlı bir oyun gözləyir".
Məmmədov "Qəbələ"nin Azərbaycan futbolu üçün əhəmiyyətli bir klub olduğunu xüsusi vurğulayıb: "Qəbələ"nin yaşaması, üzdə qalması üçün avrokuboklara vəsiqə qazanmaq vacibdir. "Qəbələ" kimi akademiyası olan bir klubun avrokuboklarda mübarizə aparması məncə, hər şeydən vacibdir. Sabah "Qəbələ"nin Premyer Liqada olmaması, zəifləməsi akademiyaya, hər bir şeyə öz təsirini göstərəcək. Azərbaycanda futbolun daha da inkişaf etməsini, uşaq futbolunun yaxşılaşmasını istəyiriksə, "Qəbələ" kimi bir klub yaşamalıdır. Özü də yüksək səviyyədə yaşamalıdır. Çünki "Qəbələ"nin akademiyasına futbolçu cəlb olunmalıdır. "Qəbələ"nin əsas komandası ideal komandadır. Orada oynamaq bu uşaqlar üçün arzudur. Onlar özlərini o yerə gətirib çıxarmaq üçün çox əziyyətlər çəkməlidirlər. "Qəbələ" futbol klubunun bu gün Avropa ilə müqayisə oluna biləcək bir bazası var. Komandanın oynaması, klubun yaşaması, sponsorların cəlb olunması çox vacibdir. "Qəbələ" olmasa, Azərbaycan futbolunda nələr baş verər, bunu fikirləşəndə "havalanıram". Çünki bu cür bazası olan, gözəl bir məkanda yerləşən komandaya dəstək olmaq lazımdır".
Məmmədov bunu da qeyd edib ki, daha yaxşı işlər görmək üçün kluba geniş büdcə, sponsor lazımdır: "Hamı bilir ki, bizim indiki büdcəmiz ilə böyük işlər görmək olmaz. Biz həmin büdcə ilə bacardığımızdan da çox iş görürük. Çünki burada bilinməyən o qədər şeylər var ki. Uşaq futbolu, məskunlaşma, avtobus və başqa şeylər. Bunların hamısı çox çətindir. Belə büdcə ilə ancaq bunu etmək olar. Əgər yaxşı addımlar atmaq istəyiriksə, büdcə də artmalıdır. Əsas komanda da yaxşı vəziyyətə gəlməlidir. Çünki uşaq görməlidir ki, klubu əsas komandası idealdır. Əsas komanda axırıncı yerdə gedirsə, mən uşaq futbolunu neynirəm? Axı, həmin uşaqlar həvəsdən düşəcəklər. Deyəcəklər ki, əşi mənim komandam 10-cu yerdədir, o komandanın heyətinə cəlb olunmaqdansa, futbolla vidalaşsam yaxşıdır. Hər şey kompleks halda olmalıdır. Əsas komanda da yaxşı vəziyyətdə olmalıdır, akademiya da. Uşaq görməlidir ki, bu komandanın heyətinə düşmək üçün çox zəhmət çəkməlidir. Amma əsas komanda zəif oynasa, uşaq deyəcək ki, həftədə 1 dəfə məşq etsəm də, gedib o 10-cu yerdə olan komandada oynaya bilərəm".
Futbolçu sonda əlavə edib ki, klub hazırkı büdcəsinin məhdud olmasına baxmayaraq, öz öhdəliklərini artıqlaması ilə yerinə yetirir: "İndiki büdcəmizi nəzərə alsaq, komandanın durumu superdir. Bizə əvvəldən deyilən maaş, büdcə, mükafatların hamısı vəd edildiyindən də yaxşıdır. Məvacibimizi nəinki vaxtında, vaxtından da əvvəl alırıq. Yəni, bu cəhətdən problem yoxdur. Sadəcə yaxşı futbolçular cəlb etmək, inkişaf etmək üçün bu büdcə bəs etmir. Amma çempionatın əvvəlində klub rəhbərliyi söhbət edəndə nə vəd etmişdisə, həmin öhdəlikləri artıqlaması ilə yerinə yetirir".
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır