Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi gündəm yaradacaq açıqlamalar verib.
Qol.az xəbər verir ki, o, 1news.az saytına verdiyi müsahibədə bildirib ki, Albaniya millisinə rəhbərlik etdiyi dövrdə bu komanda FİFA reytinqində 80-ci pillədə olub: "2,5 ildən sonra isə komanda 22-ci yerə qədər yüksəldi. Bu, inanılmaz göstərici idi və futbolçuların sayəsində mümkün oldu. Amma siz Azərbaycan çempionatının səviyyəsinə baxın. Əminəm ki, siz onun səviyyəsinə bələdsiniz".
Jurnalistin "səviyyə yüksək deyil" cavabına Canni de Byazinin "Qarabağ"la bağlı fikirlər səsləndirib: "Məhz belədir. Siz hesab edirsiniz ki, "Qarabağ" legionersiz bu komanda ola bilərdi" - deyə Canni de Byazi qeyd edib.
Daha sonra jurnalist bildirib ki, "Qarabağ" millidən fərqli olaraq, psixoloji tərəfdən daha hazırlıqlıdır və komanda istənilən rəqibə qarşı yaxş oyun sərgiləyə bilər. Bununla bağlı Canni de Byazi deyib:
"Bu heyət artıq 10 ildir birgədir. Qurban Qurbanov isə 2008-ci ildən "Qarabağ"a başçılıq edir. Onun öz strategiyasını gerçəkləşdirmək üçün vaxtı oldu. Amma mən bura (milliyə - red.) başqa ölkələrdən futbolçular cəlb edə bilmərəm".
De Byazi millinin məğlubiyyətlərinə görə çoxsaylı tənqidlərə də münasibət bildirib: "İngiltərə Premyer Liqasında "Arsenal" 1:4 hesabı ilə uduzdu. Bu, ağır məğlubiyyətdir. Amma sən reytinqdə özündən 100 pillə yüksəkdə olan komandaya uduzursansa, bu, darmadağın deyil. Bəli, biz 0:2 hesabı ilə uduza bilərdik. Amma çoxlu səhvə yol verdik. Bu, bizim futbolçula böyük təcrübə qazandıracaq".
De Byazi bu günlərdə AFFA İcraiyyə Komitəsinin iclasını yarımçıq tərk etməsinə də toxunub. O deyib: "Mənim bu iclasdan sonra görüşüm vardı, ona görə tələsirdim. İcraiyyə Komitəsinin üzvlərinə dedim ki, gələcək inkişaf üçün proqram tərtib edilməlidir. Bu, mənimləmi olacaq, ya başqa məşqçi iləmi, fərqi yoxdur. Amma vacib odur ki, biz yeni layihəyə başlayaq. Bu layihə təkcə AFFA deyil, Gənclər və İdman Nazirliyi və digər qurumlarla da olmalıdır. Futbol uşaqlara məktəbdə öyrədilməlidir. Onu isə yaxşı məşqçilər, müəllimlər tədris etməlidir".
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi