Televizorun pultunu götürüb, kanalları bir-bir dəyişməyə başlayıram. Düşünürəm, bəlkə bir maraqlı filmdən, verilişdən çıxa qarşıma ki, bütün günümü ona həsr edəm.
Axı, nə qədər futbol olar...
Bəli, bugün məhz o gündür ki, futboldan, nəinki futboldan, idmandan tamamilə uzaqlaşmaq istəyirəm. Çünki futbol ruhən də, mənən də çox yorub. Uğursuzluqlar, davamlı məğlubiyyətlər, dedi-qodular, söz-söhbətlər... Özlüyümdə gileylənirəm ki, Allah futbolu idarə edənlərin gözünü doydursun. O həddə doydursun ki, nəhayət, başlasınlar doğru iş görməyə və biz də nəhayət, avropalı, rus, ukraynalı, cəhənnəm, heç olmasa, gürcülər kimi komandalarımızın, xaricdəki futbolçularımızın uğuruna sevinə bilək.
Neçənci ildən danışıram, təxmin edirsiniz? 2010-cu ilin elə bu günlərindən. Aprelin sonlarından. O vaxtdan düz 13 il keçib... Böyük mənada dəyişən nəsə var ki?
O neqativ ovqatda, o qarışıq duyğular içində kanalları bir-bir çevirirəm, amma tərslikdən qarşıma nə istədiyim maraqlı film çıxır, nə də zövqümə uyğun veriliş. Yenə də gəlib futbolu seçirəm. Rusiyanın hansısa idman kanalıdır. Oyun da, elə komandaların adları da cəlbedici gəlmir mənə. Ta o vaxta qədərki şərhçi deyir: "İndi, 34-cü dəqiqədə Karyakanın əvəzinə meydana çıxan bu futbolçunun 18 yaşı var. O, bu gün Rusiya Premyer Liqasında debüt edəcək..."
Cəmi 18 yaş, Avropanın səviyyəli çempionatlarından olan Rusiya Premyer Liqası... Və 18 yaşlı bu yeniyetmə ayrı heç kim yox, məhz bizim azərbaycanlımızdır.
Emin Mahmudov!
Bax, aşağıdakı bu şəkil də həmin o oyundandır. "Saturn" - "Dinamo" Moskva matçından. Baş məşqçisi oyuna çıxacaq Eminə tapşırıqlarını verir.

Emin "Saturn"da oynayırdı. Sonra klubda mövqelərini gücləndirməyə başladı, gərək ki, Premyer Liqada qol da vurdu. Bir gün onun Moskva "Spartak"ına keçidi elan edildi...
"Spartak"a e! Rusiya futbolunun o vaxtkı "flaqman"ınamı deyim, taxt-tac sahibinəmi deyim, bax o kluba.
Sonra "Neftçi"yə qədər dəyişən bir çox klub. Hamısını bilirsiz. Statistikanı təkrarlayıb sizi yormayım. Sonradan oyunlarını seyr etməyə başlayıram. Meydanı əla görmək bacarığı, texnikası, topla incə rəftarı, liderlik keyfiyyətləri. Sonra?.. Sonra hansısa mütəxəssisdən eşidirəm bu sözü, indiyədək də yaddaşımın bir küncündə ilişib qalır: bu uşaq elə bil İnyestadır.
İnyestanın da İnyesta olan vaxtları idi.
Bəs, yaxşı, bu qaraşın gənci - gənc idi də onda Emin - təpədən-dırnağa qədər azərbaycanlı balasını nə yaxşı, bu vaxta qədər bizimkilər kəşf etməyiblər? Aşağı yaş qrupu üzrə millilərə, gənclər yığmasına çağırmayıblar? O vaxt, həmin o 2010-cu ildə verirdim bu sualları özümə. Sonra oxudum ki, yox, necə yəni kəşf etməyiblər? Kəşf ediblər də, hətta milliyə də (U-17) çağırıblar. Amma... Görün Emin özü nə deyir?
"Azərbaycanda mənə önəm vermədilər".
Rusiya Premyer Liqasında debütündən 1 il əvvəl deyib bunu. 2009-cu ildə. Məcbur olub Rusiyanın yeniyetmələrdən ibarət komandasını seçmişdi. Orada, səhv etmirəmsə, U-21 komandasına qədər də uzanan karyerası olmuşdu. Bizim U-17 millimizin toplanışında iştirak etmişdi, amma onu ya bəyənməmişdilər, ya da görünür, qəlbini qırmışdılar. Nəticədə isə azərbaycanlı (Emin) gedib Rusiya millisində (aşağı yaş) oynadı, ruslar, belaruslar, afrikalılar da gəlib Azərbaycanda.
Qəribə təzaddır. Futbol faciəmizin unudulmaz tablosudur...
Sonra Emin Mahmudovu Azərbaycanın əsas millisinə gətirə bildilər. Həmin o ruslar, həmin o belaruslar, həmin o afrikalılar və qeyri-afrikalıların isə nəinki millidə, heç futbolda da izi-tozu qalmadı. Qalan Emin oldu. Eminlər və Emin özü...
Emin Mahmudov!
"Neftçi"nin flaqmanı...
İllərdir problemlər məngənəsində sıxılan var-dövlətli klubu əlindən tutub dartan, onu boğulmağa qoymayan adam. Bəlkə bu gün üçün elə tək adam...
Kapitan adam.
Lider adam.
... Və xilaskar adam.
Aydın Bağırov
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı