"Biz iki cəbhədə mübarizə aparırıq: həm ölkə kuboku, həm də Premyer Liqada. Çempionatda vəziyyətimiz ürəkaçan deyil. Ona görə də Premyer Liqada qalmaq və Azərbaycan kubokunda finala vəsiqə qazanmaq istəyirik".
Bu sözləri Qol.az saytına "Səbail"in futbolçusu Adil Nağıyev Azərbaycan kubokunun yarımfinalında bu gün "Qəbələ"yə qarşı evdə keçirəcəkləri cavab oyunu öncəsi açıqlamasında deyib.
O, əvvəlcə əyalət təmsilçisinə 2:3 hesabı ilə uduzduqları ilk oyunu xatırlayıb: "Baş məşqçimiz hər an rotasiyalar edir. Çünki 3-4 gündən bir oyunlar olur. Komanda yorğun halda meydana çıxmasın deyə belə addımlar atılır. Hər kəsə şans verilir. Baş məşqçimiz Qəbələdəki ilk oyunda rotasiyalar etdi, oynamayanlara şans verdi. Onlar da canla-başla çıxış etdilər, yaxşı oyun göstərdilər. İlk hissədə çox yaxşı mübarizə apardıq. İkinci hissədə yorğunluq öz sözünü dedi. Həm də heyətdəki futbolçuların bir neçəsi oynamayan futbolçular idi. Bizim meydançamız süni ot örtüklüdür, orada məşq edirik. Birdən-birə təbii ot örtüyünə keçdik. İstər-istəməz yorğunluğumuz çox olur. Ona görə də 60-cı dəqiqəyə qədər həqiqətən də yaxşı çıxış etdik, bundan sonra isə yorulduq. Komanda da müdafiəyə oturdu, rəqibə boşluqlar verdik".
27 yaşlı müdafiəçi buna baxmayaraq, komandaların finala çıxmaq şanslarının bərabər olduğunu deyib: "Bilirsiniz ki, "Qəbələ" hazırda çox yaxşı formadadır. Yaxşı heyətə malikdir. Məncə, ilk oyunda 2:3 hesabı ilə uduzsaq belə, şanslarımız bərabərdir. Cavab oyununa yaxşı istək və motivasiya ilə hazırlaşmışıq. Çalışacağıq ki, komanda şəklində əlimizdən gələnin ən yaxşısını edək, yaxşı nəticə ilə finala vəsiqə qazanaq".
Nağıyev "Qəbələ" üçün "Səbail"in stadionunda çıxış etməyin çətin olacağını deyib: "Biz öz meydanımızda həqiqətən də yaxşı çıxış edirik. Bunu Premyer Liqada da sübut etmişik. İddialı komandalara qarşı matçlarda yaxşı oyun göstərmişik. "Qəbələ" təbii ot örtüklü meydanda məşq edir və oynayır. Buna görə də "Qəbələ"yə bizim meydanımızda oynamaq çətin olacaq. Bu meydanda oynamaq elə bizim özümüz üçün də ağırdır. Amma biz öyrəşmişik. Lakin bu, üstünlüyün göstəricisi deyil. Şanslar bərabərdir. Biz də yaxşı komandayıq. İstəkliyik, yaxşı hazırlaşmışıq. Meydanda da bunları göstərməliyik. Ümid edirəm ki, Allahın köməkliyi ilə qələbə qazanarıq. Finala adlamaq istəyirik. İnşallah, bu istəyimiz alınar. Bizim üçün çempionat da çox vacibdir. Bilirsiniz ki, Premyer Liqada sonuncu yeri tutan komanda 1-ci Diviziona düşəcək. Məqsədimiz Premyer Liqada qalmaqdır. "Qəbələ" çempionatda 4-cü yeri tutub avrokuboklara vəsiqə qazanmaq istəyir. Biz isə Premyer Liqada qalıb, gələn il daha iddialı komanda olmaq niyyətindəyik. Kubokda isə finala çıxıb "Səbail" üçün tarix yazmaq istəyirik. Ona görə biz də, "Qəbələ" də hər iki cəbhədə sonadək yarışırıq. Əlimizdən gələni etməyə çalışacağıq. Yaxşı fürsətimiz var. Ən yaxşı nəticəni qazanmaq istəyirik".
Ötən gün yarımfinalın digər cavab görüşündə "Neftçi" "Turan Tovuz"a qalib gəlib (2:0) və bununla da ümumi nəticədə (2:1) finala vəsiqəni təmin edib. Adil Nağıyev bu haqda deyib: "Biz yalnız "Qəbələ" ilə oyunu düşünürük. Finala çıxaq, ondan sonra bu haqda danışmaq olar".
Qeyd edək ki, bu gün "ASKO Arena"da keçiriləcək "Səbail" - "Qəbələ" matçı saat 20:00-da başlayacaq.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi