“Bilirdik ki, evdəki qələbəmiz "Neftçi"ni daha da aqressivləşdirəcək. Hər zamankından fərqli olaraq ilk dəqiqələrdən təzyiqi hiss etdik. Futbolçularım onların qarşısını ala bilirdi”.
Qol.az xəbər verir ki, bunu “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun yarımfinalında “Neftçi”yə 0:2 hesabı ilə uduzduqları cavab görüşündən sonra deyib.
O, komandasının məğlubiyyətini belə şərh edib: “Sonda yorğunluq öz sözünü deyirdi. Rəqib cərimə zərbəsindən qol vurdu və psixoloji üstünlük əldə etdi. İkinci qol qismət idi. Top gəlib oyunçunun önünə düşdü. Təəssüf ki, finala adlamaq mümkün olmadı. Futbolçularıma və azarkeşlərə təşəkkür edirəm. Azərbaycan futbolunda belə ab-hava üçün darıxmışdıq. İnanıram ki, böyüyəcəyik və bundan da yaxşı olmağa çalışacağıq. Vaxt lazımdır. Futbolçular belə oyunlar oynamalıdır. Məyus olsaq da, qarşıda bizi çempionat gözləyir. Kuboka çox kökləndiyimiz üçün çempionatdakı stabilliyimizi itirmişdik. Çətin də olsa, bu il liqada qalıb, daha yaxşı olmağa çalışacağıq”.
Mütəxəssis komandasının tam gücü ilə müdafiə olunmasının səbəbini belə izah edib: “Evdəki üstünlüyümüzü qorumaq istəyirdik. Epizodlarımız da oldu. Belaji Pusi yaxaladığı epizoddan yararlansaydı... "Neftçi" bizi müdafiə olunmağa məcbur etdi. Bu komanda ilə açıq futbol oynayacaq gücdə deyildik. Amma topu hara gəldi vurmaq məsələsi ilə razı deyiləm. Futbolda olan məsələlərdir. Qapını toxunulmaz saxlamaq üçün bunlar normaldır. Hücumçular arxaya düşürdü, irəlidə heç kim olmurdu”.
Abbasov iki komandanı müqayisə etməyin düzgün olmadığını vurğulayıb: "Mənim üçün "Neftçi" ilə "Turan Tovuz"u müqayisə etmək çətindir. 0:4 uduzduğumuz çempionat oyununda açıq futbol oynamışdıq. Onda da rəqibin üstünlüyünü gördük. Tovuzdakı ilk oyunda tam müdafiəyə oturmamışdıq. Kompakt olmağa çalışırdıq. Sürətli əks-hücuma çıxmağı düşünürdük. Alınıb-alınmaması futbolçulardan asılıdır. Hər oyun istədiyimiz kimi olmur. "Neftçi" ilə "Turan Tovuz"u müqayisə ediriksə, tələsirik. Bəzi oyunçularımız bu gün ilk dəfə yarımfinal oynadı”.
“Bu, "Turan Tovuz"un maksimumudurmu” sualını Ayxan Abbasov belə cavablandırıb: “Bu il Premyer Liqada yeni olan komandalara baxıram, aşağı-yuxarı hamımız eyni səviyyədəyik. Stabilliyə, oyuna da baxanda, belə görünür. Bu mövsüm məqsəd liqada möhkəmlənməkdir. Güclənmək istəyiriksə, zaman lazımdır. Bu mövsüm maksimumu etdik. Gələn il daha iddialı olacağımızı demək çətindir. Çempionatda neçə illər oynayan komandalar var ki, çətinlik çəkirlər. Amma çalışacağıq ki, daha güclü olaq. Kubok bitdi. Konsentrasiyamız bu turnirə idi. Final yaşayaraq azarkeşləri sevindirmək istəyirdik. Bugünkü gündə "Neftçi" ilə yarımfinal oynamağın özü də inkişafdır. Məğlubiyyət üzücüdür, amma lazımdır. Ümumilikdə hər şeyə hazır olmalıyıq”.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi