"Sabah"a gəlməklə bağlı qərarımı çoxları başa düşmədi. "Krasnodar"dan ayrıldıqdan sonra işimdə fasilə verdim. Bir çox tanınmış məşqçilərimizlə danışdım. Onda hamı məsləhət gördü ki, narahat olmayın, çempionatda qış fasiləsinə qədər gözləyin, sonra yaxşı təkliflər yaranacaq. Dedilər ki, “Krasnodar"da yaxşı iş görmüsən, səbr et, tələsmə Prinsipcə, mən elə buna köklənmişdim".
Qol.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Rusiyanın "Moskovski komsomolets" qəzetinə verdiyi geniş müsahibədə "Sabah"a keçidi barədə danışarkən deyib.
O qeyd edib ki, işsiz olduğu vaxt “Sabah”dan təklif gəlib: "Məni tanışlıq məqsədilə Bakıya dəvət etdilər. Mən Bakıya uçdum, klubu idarə edən insanları bəyəndim. Şəhər özün də çox xoşuma gəldi. Komandaya baxdım və gördüm ki, yaxşı, perspektivli oyunçular var. Və heç kimlə məsləhətləşmədim. Çünki bilirdim ki, bir çox həmkarlarım məni fikrindən daşındırmağa başlayacaqlar. Əvəzində “Sabah”ın təklifi ilə razılaşdım. Məşqçilər heyətimi toplayıb Bakıya uçmağım beş gün kifayət etdi. Və səmimiyyətlə demək istəyirəm ki, o an mən Rusiyadan kənarda işləmək istəyirdim. Rusiya çempionatında çoxlu futboldankənar söhbətlər, əlavə səs-küy var. Rahat işləyə biləcəyim bir yerə getmək istəyirdim. Gördüm ki, Azərbaycanda bunun üçün hər cür şərait var. “Sabah” yaxşı stadiona, keyfiyyətli meydançaya malikdir. Mən onu da başa düşdüm ki, mənim həftəlik mikrosiklim var və rahat işə başlaya bilərəm. Üstəgəl bu, mənim üçün yeni çağırış idi - komanda sonuncu pillədə gedirdi. Mən onu dəyişə bilərəmmi? Rəhbərlik məni əmin etdi ki, yeni futbolçu transferləri olacaq, maliyyə artacaq. İnandım. Bu gün rəhbərliyin vəd etdiyi hər şey tam yerinə yetirilir. Klub durmadan inkişaf edir. Mən çox şadam ki, Azərbaycana, "Sabah"a gəlmişəm. Burada böyük bir iş görülüb, bundan da zövq alıram. Ən əsası isə bu işin nəticəsi görünür. Bu mövsümün sonunda biz artıq vaxtından əvvəl medalları təmin etdik, növbəti mövsüm üçün Avropa yarışlarına vəsiqə qazandıq. Buna il yarım əvvəl inanmaq çətin idi".
M.Musayev bildirib ki, biz irəliyə doğru böyük bir addım atmışıq: "Azərbaycanlı jurnalistlər, mütəxəssislər bizə hörmət etməyə başlayırlar. Burada mətbuat konfranslarında məndən tez-tez soruşurlar ki, “Sabah” “Qarabağ”la çempionluq uğrunda mübarizə aparacaqmı? Amma belə olmur. “Qarabağ”ın özülü ən xırda detallarına qədər qoyulub. “Sabah” isə komandadır, yolun başlanğıcındadır. Addım-addım irəli gedir. İndi gördüklərimizin nəticəsi superdir. Realist olmalıyıq. Bu mövsüm “Qarabağ”la mübarizə aparmaq çox çətindir. Əgər biz sürətimizi, inkişafımızı davam etdirsək, o zaman gələcəkdə qarşımıza daha yüksək hədəflər qoymaq olar. Amma bu, çox ardıcıl, ciddi iş tələb edir".
M.Musayev həmçinin deyib: “Sabah”a gələndə əsas vəzifələrimdən biri futbolçuların psixologiyasını dəyişmək idi. Əvvəl çox yaxşı nəticə göstərməmişdinizsə, bu gün ikinci və ya üçüncü yer üçün mübarizə aparmalısınız. Bu, sizdən əlavə məsuliyyət tələb edir. Uğur üçün hər matçda qələbəyə oynamaq lazımdır. Bunun üçün psixologiyanı dəyişmək lazımdır. İndi isə biz artıq avrokuboklardayıq. Ölkə çempionatının bitməsinə daha yeddi tur qalmış (hazırda 6 tur - red.) çox vacib vəzifəni həll etmiş futbolçuları enişdən qoruyub saxlamaq lazımdır. Keçmiş qələbələrlə kifayətlənmək olmaz".
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi